UEFA Konfrans Liqasının III mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" – "Omoniya" (Kipr) matçından əvvəl avqustun 6-da keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb:
Prosport.Az xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev media önünə çıxacaq.
"Araz-Naxçıvan"
Saat 18:30 Mətbuat konfransı
Saat 19:00 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
"Omoniya"
Saat 19:20 Mətbuat konfransı
Saat 20:00 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, mətbuat konfransları və açıq məşqlər "Dalğa Arena" da keçiriləcək.

