"Karvan" növbəti transferini həyata keçirib.
Prosport.Az xəbər verir ki, Surinam əsilli niderlandlı sağ cinah müdafiəçisi Şakil Sno ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu son olaraq Maltanın “Qzira Yunayted” klubunda forma geyinib. Karyerası ərzində Şakil Sno ölkəsində “Ayaks”, "Almere Siti" klublarının gənclər komandalarında, o cümlədən Niderlandın “Telstar”, Norveçin “Olesun”, Bolqarıstanın “Lokomotiv" (Plovdiv), Rumıniyanın “Botoşan” və “Mioven” klublarının heyətində çıxış edib.

