"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, baş məşqçi Qurban Berdiyev avqustun 2-də Albaniya təmsilçisi “Flamurtari”, avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la görüşlərdə komandanı sınaqdan keçirəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

