Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Fərqi yoxdur, kim gəlirsə, gəlsin" – Valdas Dambrauskas
    31.07.2025 22:43:54

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Sabah” – “Petrokub” (Moldova) oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb 

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Hər kəsi təbrik edirəm. Azarkeşlərimizi, kluba bağlılığı olan hər kəsi. Yeni mərhələyə adladıq. Oyunda hər şey əlimizdə idi. 2:0 öndə olmağımız bizi rahatlaşdıra bilərdi. Bu, məni narahat edirdi. Rəqibdən güclü olduğumuzu bilirdik. Heç kim düşünməməliydi ki, asan oyun olacaq. Bir həftə ərzində oyunçuların rahatlaşmasına imkan verməməyə çalışdıq. Komandanın inkişafı üçün bu oyunu rahatlaşmadan oynamaq lazım idi. Oyuna tez başladıq, ritmi yaxaladıq. İlk oyunla müqayisədə texniki cəhətdən rəqibdən daha üstün oynadıq. Qollardan sonra rahatlaşma başladı və rəqib fərqləndi. Lakin bundan sonra oyunçularımın verdiyi reaksiya xoşuma gəldi. 4:1-dən sonra bəlli idi ki, mərhələ adlayacağıq. Oyun bizim üçün gələcək üçün çoxlu informasiya verir və bunlar böyüməyimiz üçün faydalıdır. Rəqibə etdiyimiz təzyiqdən xoşum gəlmədi. Oyunçularda rahatlıq var idi. Eyni zamanda mövqe səhvlərimiz də oldu. Kifayət qədər qol imkanları qaçırdıq. Bunların üzərində işləməliyik. Növbəti rəqib daha güclü olacaq. Sabahdan etibarən məşqlərə başlayacağıq.

    – Oyun sizə Liqa mərhələsi xəyalları qurdurur?
    – Bu, sadəcə bir pillə irəliləmək idi. Qarşıda yolumuz var. Oyun bizə çoxlu informasiya verir ki, nələr üzərində işləməliyik.

    – “Petrokub”a qarşı belə rahat qələbə qazanacağınızı düşünürdünüz?
    – Oyun bu şəkildə bitəndən sonra sizlərə asan gələ bilər. Amma hər kəsə hörmətlə yanaşırıq. Bununçün oyunçularımız çox çalışırlar. Bu qələbənin ardında ağır iş var.

    – Komandanın hücum xətti yaxşıdır. Son 4 oyunda 11 qol vurmusunuz. Əsas heyətdə seçim etmək çətin olmur?
    – Elə məşqçiyəm ki, hücum futbolu oynatmağı sevirəm. Qollar olmalıdır. Sadəcə bir oyunçunun işgüzarlığı yoxdur. Komanda şəklində hamı çalışır. Oyunçulardan tələbim hücum futbolu oynamaqdır.

    – Növbəti mərhələdə hansı komandanın rəqib olmasını istərdiniz?
    – Deyə bilərəm ki, fərqi yoxdur. Hansısa nəticə oyunumuza təsir etməyəcək. Kim gəlirsə, gəlsin. Öz komandama köklənirəm.

    Futbol

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10
    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Futbol

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44
    Futbol

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18
    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved