"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağladığını açıqlayıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Nikola Karaklayiçlə anlaşıb. Onunla 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Nikola Karaklayiç son olaraq ölkəsində "Novi Pazar" komandasında çıxış edib.

