Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbolçularım 30 min azarkeş qarşısında zövq alaraq oynayacaq" - Rəşad Sadıqov
    31.07.2025 09:00:56

    "Düşünürəm ki, azarkeşləri çox maraqlı oyun gözləyir".

    Prosport.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Xorvatiyada "Xayduk"la keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfansında deyib.

    43 yaşlı mütəxəssis mətbuat konfransında ətraflı məlumat verməyin çətin olduğunu bildirib: "Böyük azarkeş kütləsi qarşısında yaxşı komandaya qarşı oynayacağımızı bilirik. Gözəl atmosferdə gözəl oyun oynayaraq yaxşı nəticə qazanmaq istəyirik".

    O, matçı buraxacaq Brahim Konate və Ange Mutsinzi barədə danışıb: "Bunlardan öncə də müəyyən itkilərimiz var idi. Bir çox futbolçumuz zədəlidir. Təlim-məşq toplanışında bizim üçün uğursuz gedişatlar oldu. Salifu Sumanın klubdan ayrılması, Rafael Utziqin komandaya gec qoşulması, Vinsent Till, Yeqor Baqamolski və Eldar Quliyevin zədələnmələrini qeyd edərdim. Bunlar ilk oyundan öncə olan itkilərdir. Amma ikinci oyundan əvvəl Konate və Mutsinzini də itirdik. Təbii olaraq, hər bir baş məşqçi istəyər ki, önəmli oyunçularının hamısından istifadə edə bilsin. Amma itkilər də futbolun bir hissəsidir. Sadəcə, bu tip problemlər bu oyun öncəsi daha çox oldu. Fikrimcə, komandamızın möhkəm xarakteri var və heç bir itkini hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq ki, güclü komanda formalaşdıraq, hər hansı futbolçu üzərindən oyunumuz qurulmasın. Belə situasiyalara əvvəllər də düşmüşük. "Xayduk"la oyunda itkiləri hiss etdirməməyə çalışacağıq".

    Sadıqov Konate və Mutsinzini əvəzləyəcək oyunçulardan yüksək performans gözlədiyini söyləyib: "İtkilər üzərində çox dayanmıram, hər hansı itki baş verdikdə onlar üçün baş sındırmıram. Daha çox önümüzə baxmağa çalışıram. Bu oyunda da rahatlıqla digər futbolçulara şans verəcəyik. Əminəm ki, onlar zədəli oyunçulardan daha da yaxşı çıxış edəcəklər. Əlverişli fürsətdir ki, ilk dəqiqələrdən başlayıb özlərini yaxşı tərəfdən göstərsinlər".

    "Zirə"nin baş məşqçisi komandalar arasında favoritin olmadığını vurğulayıb: "Şansları bərabər dəyərləndirirəm. Bizim müəyyən avrokubok təcrübəmiz var. Bilirik ki, ilk matçın nəticəsindən asılı olmadan çox şey ikinci oyunda həllini tapır. Vacib olan odur ki, cavab matçına şanslarını yüksək saxlayasan. Bakıdakı qarşılaşmada göstərdiyimiz oyunla mərhələ keçməyə şansımızın olduğunu sübut etdik. Rəqib doğma azarkeşlər önündə çıxış edəcək. Onların yeganə üstün tərəfi bu ola bilər. Futbolçularım isə 30 min azarkeş qarşısında zövq alaraq oynayacaqlar. Hər dəfə belə azarkeş qarşısında oynamaq qismət olmur. Bu, yaxşı fürsətdir ki, gördüyümüz işdən həzz alaq".

    Baş məşqçi ötən mövsüm qarşılaşdıqları Xorvatiyanın digər təmsilçisi "Osiyek"lə "Xayduk"u müqayisə edib: "Heç vaxt komandalar arasında müqayisə aparmağı sevmirəm. "Osiyek" həmin dönəmdə yaxşı formada idi. Sonradan çempionatı uğursuz başa vurduqlarını da bilirəm. Amma onlarla qarşılaşdığımız dövrdə yaxşı formada idilər. Bizdən öncəki mərhələdə inamlı qələbə qazanmışdılar və çox yüksək mental durumda idilər. Hər iki oyun çox gərgin və maraqlı keçmişdi. Bugünkü "Xayduk"la çempionatdakı "Xayduk" arasında fərq var. Adlar olaraq, çempionat boyu çıxış edən komanda daha güclü görünə bilər, amma rəqib olaraq, bugünkü "Xayduk" daha təhlükəlidir. Burada yeni baş məşqçi Qonsalo Qarsiyanın də rolu var. Amma "Osiyek"lə müqayisə etsəm, komandaları eyni səviyyədə qiymətləndirərdim".

    Qeyd edək ki, bu gün Split şəhərindəki "Polyud" stadionunda təşkil olunacaq "Xayduk" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komandalar arasında Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved