"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubuna qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
Prosport.Az xəbər verir ki, Skopyedəki Toşe Proeski adına Milli Arenada avqustun 5-də baş tutacaq ilk matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Cavab qarşılaşması isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

