Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İnanın ki, asan deyil, Avropa futbolu çox inkişaf edib" – Qurban Qurbanov
    30.07.2025 22:47:58

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şelburn” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Futbolçularımı təbrik edirəm. Onlara bir o qədər irad bildirə bilmərəm. Optimal formalarından uzaqdırlar. Onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi idi və məğlub olmağı xoşlamırdı. 0:3 geridə olsalar da, oyuna yaxşı hazırlaşmışdılar. İkinci hissədə hücum etdilər, əl çəkmədilər. Futbolçularım yaxşı iş gördülər. Azarkeşlərimizi hər zaman stadionumuzda belə çox görmək xoşdur. Fürsətdən istifadə edib, sabah avrokuboklarda mübarizə aparacaq komandalarımıza uğurlar arzu edirəm.

    – Yeni transferlərin uyğunlaşma prosesi necə gedir?
    – Normal. Məşqlərdə pis deyillər. Amma tam hazır olmaq üçün bir neçə oyun lazımdır. Vacibdir ki, kollektivə uyğunlaşsınlar.

    – Kadi bundan sonra yarımmüdafiənin mərkəzində oynayacaq, ya əvvəlki mövqeyinə – cinaha qayıdacaq?
    – Kadi universal futbolçudur. Öz karyerasında da bu mövqedə oynayıb. Daha sonra hücumameyilli çıxış edib. Lazım olan anlarda fərqli mövqelərdə istifadə edə bilərik.

    – Marko Yankoviçin yoxluğu təsirsiz olmur. Növbəti oyunlarda onun yerini doldurmağı necə düşünürsünüz?
    – Yankoviç vacib oyunçularımızdan biridir. Əfsuslar olsun, futbolda gözləmədiyin şeylər olur. Lakin digər futbolçularımız da hər an hazırdır. Həmişə demişəm ki, bütün oyunçuların sağlam olması işimizi asanlaşdırır. İnşallah, Yankoviç dönəcək və öz mövqeyində oynayacaq. Olmayacaqsa, başqa variantlar düşünəcəyik.

    – Hücumçu transferindən nə xəbər var?
    – Konkret xəbər yoxdur. Şablon cavab verəcəyəm. Dəfələrlə demişəm, çox istəyirdik ki, hücumçu dəvət edək. Transferin son gününə kimi çalışacağıq. Buna ehtiyacımız var. Əlimizdə olan bütün oyunçulara güvənirəm. Qarşıdakı vaxtlarda oyunçu sayının çox olması önəmli olacaq. Transferlər etmək fikrindəyik.

    – “Qarabağ”da penaltilərlə bağlı problemlər var. Sanki sindromdur…
    – Kadinin zərbəsindən göründü ki, çox rahat idi. Qapıçını aldatmaq istəyirdi, amma qapıçı onu aldatdı. Penalti o dərəcə üzərinə gediləcək məsələ deyil. Ən güclü, böyük futbolçular da vacib oyunlarda penalti qaçırıb. Bizim yaxşı penalti vuran oyunçularımız var. Bəlkə bu gün atmosfer də təsiredici oldu. Ola bilsin, hesab bərabər olsaydı, qol vurardı. Bir az rahatlıq var idi.

    – Medinanın əvəzlənməsi nə ilə bağlı idi?
    – Mmaeyə şans yaratmaq və Medinanı riskə atmaq istəmirdik. Qarşıda oyunlarımız var.

    – “Qarabağ” bu gün tam gücüylə oynadı, yoxsa…
    – Belə bir şey yoxdur. Meydanda lazım olan qədər güc sərf etdik.

    – 12-ci ildir ki, avrokuboklarda oynayırsınız. Bu il komandadan payızda nə gözləyək?
    – 12 il stabillik deməkdir. Daha artığını istəyirik. Şansımız varsa, maksimum istifadə etmək istəyirik. Qruplarda oynamaq neçə ölkənin futbolunu burada görməkdir. Məğlubiyyətlər də olur, amma insanların arenanı doldurması, “Qarabağ” deyə səsləməsi yaxşı haldır. Daha yaxşı yerlərə getmək gənc futbolçular, valideynlər üçün stimuldur. Payızda necə olacağını deyə bilmərik. Çalışacağıq ki, daha yaxşı nəticələr əldə edək. İnanın ki, asan deyil. Avropada futbol çox inkişaf edib. Bizim də yaxşı meydançalarımız, azarkeşlərimiz olsa, futbolumuzun inkişafına təkan gələr.

    – Patrik Andrade ilə maddi məsələdə razılaşa bilmədiniz, ya daha gənc oyunçuya üstünlük verdiniz?
    – Konkret səbəb yoxdur. Andrade meydanda düşündüyüm futbolu ən yaxşı icra edənlərdən idi. Amma bəzən dəyişikliyə ehtiyac olur. Oyunundan, davranışından razı idik. Sadəcə, belə qərar verdik.

    – Bir müddət əvvəl Ağdama səfər etmişdiniz. Amma orada Allahverdi Bağırovun məzarını ziyarət etmədiniz. Bu, nə ilə bağlıdır?
    – Orada elə sıx qrafikimiz var idi ki, hər yerə tələsirdik. Məqsəd orada olmaq, bir neçə şəhərdə görüşlər keçirmək idi. Proqramımızda ora getməklə bağli bir şey yox idi. Allahverdi Bağırovu həmişə yad edirik, ürəyimizdədir. Belə insanlara böyük dəyər verirəm. Bəlkə proqrama salmaq olardı… Amma bizi də düzgün başa düşün. Növbəti dəfə bunu etməyə çalışacağıq. Bir gün içində 4 şəhərdə olduq. Məsələn, Füzulidə daha böyük kütlə ilə görüş olmalyıdı, amma vaxtımız çatmadı. Bizdən küsməyin.

    – Klublarımızın avrokubok oyunlarındakı şanslarını necə dəyərləndirirsiniz?
    – Proqnoz verməyi xoşlamıram. Komandalarımıza inanıram, yaxşı nəticə əldə edəcəklərinə ümid edirəm.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved