FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joau Pedro Silva Pineyro idarə edəcək.
Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.

