“Sivasspor”dan ayrıldıqdan sonra adı “Qarabağ”la hallanan Rey Manay Azərbaycana gələsi olmayıb.
Prosport.Az xəbər verir ki, albaniyalı forvard Birləşmiş Ərəb Əmirliklərinin "Şarca" klubuna keçib. 28 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Manay İtaliyada “Kremoneze”, “İnter”, “Peskara”, “Piza”, “Spetsiya”, İspaniyada “Qranada”, “Albasete”, “Barselona”, İngiltərədə isə “Uotford” klublarının formasını geyinib.

