Növbəti mövsüm üçün heyət çalışmalarını davam etdirən "Neftçi" yeni futbolçu transfer edib.
Prosport.Az xəbər verir ki, Lüksemburq millisinin hücumçusu Alessio Kurçi heyətə cəlb olunub. 23 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu Belçika təmsilçisi “Franks Borayns” olub. O, Lüksemburq yığmasının heyətində 15 oyunda 1 qol vurub.

