UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah” və Moldova “Petrokub”u arasında cavab matçı öncəsi mətbuat konfransı və açıq məşqin vaxtı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, baş məşqçi Valdas Dambrauskasın mətbuat konfransı iyulun 30-da saat 17:30-da, ilk 15 dəqiqəsi media üçün açıq məşq isə saat 18:00-da Şüvəlanda, “Sabah” Futbol Mərkəzində baş tutacaq.
“Sabah” ilk oyunda “Petrokub”u 2:0 hesabıyla məğlub edib. Cavab görüşü iyulun 31-də Masazırda olacaq.

