Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” daha bir transferi rəsmiləşdirib. Prosport.Az xəbər verir ki, I Liqa iştirakçısı son olaraq “Turan Tovuz”da çıxış etmiş Sadiq Quliyevlə anlaşıb. 30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Futbol "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu 25.11.2026 10:52:44