"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Moldova "Petrokub"una qarşı keçirəcəyi cavab oyununa satılan biletlərin sayı açıqlanıb.
Prosport.Az xəbər verir ki, "Bank Respublika Arena"da oynanılacaq qarşılaşma üçün cəmi 300 bilet satılıb.
Qeyd edək ki, iyulun 31-də keçiriləcək görüş saat 20:00-da start götürəcək. Səfərdəki ilk matç "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

