"Araz-Naxçıvan" baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terziyevlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi daha əvvəl Elmar Baxşıyevlə də yeni - 1 illik müqavilə imzalandığını açıqlayıb. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümünü 3-cü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

