"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışında 2-ci yoxlama oyununu iyulun 29-da keçirəcək.
Prosport.Az xəbər verir ki, rəqib qardaş ölkənin I Liqa təmsilçisi, Vüsal İsgəndərlinin sabiq komandası “Keçiörəngücü” olacaq.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl iyulun 29-da İran çempionu "Traktor" komandası ilə qarşılaşacağını açıqlamışdı. Sonradan həmin görüş təşkilati və klubdan asılı olmayan səbəblərdən ləğv olunub.

