Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” görüşünu yayımlayacaq kanal müəyyənləşib.
Prosport.Az xəbər verir ki, qarşılaşma "İdman TV"də canlı yayımlanacaq. Matç iyulun 31-də Yunanıstanda keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında Bakıda oynanılan ilk matçda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qələbə qazanıb.

