"Sumqayıt"ın sabiq futbolçusu Alan Dias Qazaxıstan klubuna transfer olunub. Prosport.Az xəbər verir ki, braziliyalı müdafiəçi "Ordabaşı" ilə anlaşıb. Qeyd edək ki, 26 yaşlı futbolçu 2024-cü ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.