Azərbaycan millisinin hücumçusu Mahir Əmrelinin çıxış etdiyi Almaniyanın “Kayzaslautan” klubu İtaliyanın “Roma” klubu ilə yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Almaniyada keçirilən görüşün ilk hissəsində oynayan Emreli fasilədə Daniel Hansliklə əvəzlənib.
Qarşılaşma A seriyası təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 16-cı dəqiqəsində meydan sahiblərinin qapıçısının kobud səhvindən "Brayton"a məxsus olan irlandiyalı hücumçu İvan Ferqyuson məharətlə yararlanıb.
Qeyd edək ki, bu, “qırmızı şeytanlar”ın 2-ci Bundesliqada mövsüm başlamazdan əvvəl sonuncu yoxlama görüşü olub. Avqustun 3-də komanda yeni mövsümə “Hanova” ilə oyunla başlayır.

