Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” baş məşqçisi ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi Skender Qeqonun müqaviləsinə xitam verib.
O, son olaraq komandanı Konfrans Liqasının I təsnifat mərhələsinin “Nımme Kalyu”(1:1, 0:1) ilə oyununa çıxarıb. “Partizani” cavab görüşündə evdə rəqibinə uduzaraq, avrokuboklardan kənarda qalıb.
Qeyd edək ki, Vüsal İsgəndərli Albaniya klubuna bu yay keçib. O hər iki avrokubok matçında forma geyinməyib.

