Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu gün sürpriz etdiyimizi düşünmürəm" – Elmar Baxşıyev
    24.07.2025 23:10:03

    "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında Yunanıstanın "Aris" klubunu 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

    – Yaxşı, maraqlı, dinamik oyun gördük. Bilirdik ki, rəqib bizə nə sürprizlər hazırlayıb. Yaxşı təşkilatlanmış komandadır, keyfiyyətli futbolçuları var. Amma yenə də komanda şəklində oyuna düzgün yanaşdıq. Layiqli qələbə qazandıq. Bizi daha çox düşündürən özümüzük. Komanda göstərdi ki, həm oyun planında, həm də xarakter baxımından möhkəmdir. Zədəlilərimiz də sıraya qayıtdıqdan sonra daha da yaxşı olacaq.  

    – İkinci hissədə bir çox qol epizodları var idi. Dəyərləndirə bilməməyiniz həyəcanla bağlı idi, yoxsa hazırlıq yaxşı deyildi?

    – Ustalıqla bağlı deyil. Futbol emosiya oyunudur. Ola bilər ki, emosiyaları üstün gəldi. O epizodlara komanda girirsə, buna alqış düşür. Qarşımızdakı rəqib yaxşı komanda idi. Oyunçular ən yaxşısını etməyə çalışırdılar.

    – Sizcə, buraxılan qoldan öncə penalti var idi?

    – VAR-ın tərəfdarıyam. Biz də gördük ki, penalti idi. Amma hakim fərqli qərar verdi. Hücumdan da qol buraxdıq. Siz komandanı indi görürsünüz, biz 14 günlük toplanışda hiss edirdik ki, xarakter formalaşır. Möhkəm komandamız var. Düşünmürəm ki, bu gün sürpriz etdik. Daha da artığını etmək gücündəyik.

    – Hakimin idarəçiliyini necə dəyərləndirərdiniz?

    – Hakimliklə bağlı danışmaq istəmirəm. Futbolu qoyub hakimlikdən danışsaq, komandanı unutmuş olacağıq. Özümüzə köklənirik. 

    – Oyuna Naxçıvandan da azarkeşlər gəlmişdi. Bu haqda fikriniz necədir?

    – Bu gün atmosfer yaxşı idi. Azarkeşlər qol buraxandan sonra da komandanı tək buraxmadı, hücuma səslədilər. Məni qələbə yox, daha çox futbolçularımın meydandakı tapşırıqları yerinə yetirməyə çalışmaları maraqlandırırdı. Özlərinə güvənirdilər. Qələbə münasibətilə onları təbrik edirəm. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı matça hazırlaşmalıyıq.

    – Türkiyədə toplanış keçdiniz, yoxlama görüşləri oynadınız. İlk rəsmi oyun idi. Bir ayda görmək istədiyiniz komanda bu idi?

    – Tam desəm ki, əla idik, yaxşı idik, yox. Günü-gündən yaxşılığa doğru gedirik. Bu gün meydana çıxan oyunçuların 5-i bizə yeni qoşulub. Günlər keçdikcə, futbolçular da adaptasiyanı daha rahat keçəcək.

    – Cavab oyunu ikiqat çətin olacaq. Yunan azarkeşlər çılğın olur. Futbolçuları atmosferə uyğunlaşdırmaq üçün hansı plan var?

    – Heyətimiz cavan futbolçulardan ibarət deyil. Avrokuboklarda oynamış, təcrübəli oyunçulara sahibik. Düşünmürəm ki, səfərdə aura onlara təsir etsin. Komanda şəklində buna da hazır olacağıq.

    – Mərhələ keçsəniz, avrokuboklarda hansısa ev oyununu Naxçıvanda keçirmək mümkün olacaq? 

    – Biz də Naxçıvanda oynamaq istəyirik. Amma bu sual mənə aid deyil. Qərar olacaqsa, oyunlarımızı orada keçirək, komanda olaraq buna sevinərik. Oranın da başqa aurası var, futbolu sevirlər. "Araz-Naxçıvan" avrokuboklara getməklə çoxlarına sürpriz etdi. İlk qələbəmizi də qazandıq. Pillə-pillə arzulara doğru irəliləyirik. Komandanın aurası sağlamdır. Bizimlə olan insanlar da onu görür, hiss edir. Yaxşı aura formalaşdırmışıq. Burada təzyiq yoxdur. Komandamızın potensialı bu deyil. 

    – Bu mövsüm "Araz-Naxçıvan"ı çempionluq uğrunda mübarizədə görə bilərik?

    - Çempionata hələ var. Hələ çempionatı fikirləşmirik. Futbolçularım iddialıdırlar, özlərinə güvənirlər. Çempionatda yaxşı iş ortaya qoyacağıq.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved