Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "İtaliyalı kikboksçuya qarşı xüsusi hazırlaşmışdıq" – Eduard Məmmədov
    2.07.2023 15:26:17

    Azərbaycanlı kikboksçu Eduard Məmmədovun tələbəsi Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

    Bu münasibətlə Prosport.Az-ın Polşaya ezam olunmuş əməkdaşı Eduard Məmmədovdan müsahibə götürüb.

    – Bu gün tələbəniz çempion oldu. Əvvəldən gözlənilirdi ki, Fərid çempion olacaq. Təəssüratlarınız necədir?
    – Bildiyiniz kimi, ilk dəfə olaraq kikboksinq Avropa oyunlarına daxil olub. Fərid bu il Türkiyədə Dünya Kubokunun da sahibi oldu. Güclü rəqibləri məğlub etdi. Burada 1-ci döyüş slovakiyalı, 2-ci Norveç və final döyüşü italiyalı idmançıya qarşı oldu. Biz hər bir idmançıya hörmətlə yanaşırıq. Hər bir idmançının texnika və taktikasını döyüşdən qabaq izləyirik. Amma yeganə idmançı idi ki, italiyalı kikboksçuya qarşı xüsusi hazırlaşmışdıq. Biz həmin idmançı ilə yarımfinalda və ya finalda üzləşəcəyimizi bilmirdik. Amma şükürlər olsun ki, finalda görüşdük. Final oyunları həmişə maraqlı olur. Tam əmin idim ki, Fərid ondan güclü olacaq. Döyüşlərdə artıra-artıra finala gəldik. Bildiyiniz kimi, finalda 3 xaldan yuxarı vermirlər. Fərid 3 xal üstünlüklə axıra qədər mübarizəni aparıb qalib gəlib çempion oldu. Bu, Azərbaycan xalqının qələbəsidir.

    – Sizin üçün həm də ikiqat bayramdır...
    – Həqiqətən həm Fərid ilk dəfə olaraq Avropa Oyunlarının qalibi oldu, həm də bu gün peşə bayramımızdır. Bildiyiniz kimi, Daxili İşlər Nazirliyi İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantıyam. Fərid də DİN İdman Cəmiyyətinin yetirməsidir və bu yarışda qalib gəldi. Mən çox sevinirəm ki, cənab nazirimiz Vilayət Eyvazov da məni fəxri fərmanla təltif edib. Biz də fəxr edirik ki, Azərbaycan polisində xidmət edirik. Fəxr edirik ki, bu günləri qızıl medalla Vətənə qayıdırıq. Bu gün azarkeşlik çox yüksək səviyyədə oldu. Öz meydanımızda çıxış edən kimi özümüzü hiss etdik. Yarışı gəlib Mışlenitse şəhərindən işıqlandıran media işçilərinə və Gənclər və İdman Nazirliyinə də təşəkkür edirəm.

    – Daha bir tələbəniz 23-28 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Ümumdünya Kombat Oyunlarında çıxış edəcək. Ondan da eyni uğuru gözləyək?
    – Bəli, Amin Quliyev, bildiyiniz kimi, gənc idmançıdır. Baxmayaraq ki, Amin WAKO yarışlarında üçqat Avropa çempionu, ikiqat dünya çempionudur. Amin 17 yaşında böyüklər arasında Avropa çempionu olub. Hazırda 18 yaşı olan Amin Səudiyyə Ərəbistanında yarışa vəsiqə qazanan yeganə idmançımızdır. Orada ən güclü "8-lik" olacaq. Rəqibləri son Avropa çempionatının gümüş və 2 bürünc medalçısı, 2 rəqibi Qazaxıstan və Özbəkistandan və 2 nəfər də Amerika qitəsindən olan ölkə idmançıları olacaq. Orada zəif idmançı olmayacaq. Amil yaşca kiçik olsa da inanıram ki, o yarışda qalib gəlib çempion olacaq.

    – 17-26 noyabr tarixərində həm də Portuqaliyanın Albufeyra şəhərində böyüklər və masterlər arasında dünya çempionatı olacaq.  Orada özünüzün yenidən idmançı kimi iştirakınız nəzərdə tutulub?
    – Özüm yaxşı formadayam. Bu il orada yenə 2 növdə iştirak etmək istəyirəm. Düzdür, çətin olacaq. Amma həm "kik layt"da, həm də "layt"da döyüşüb yenidən dünya çempionu olmaq istəyirəm.

    Səbuhi Musa

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız beynəlxalq təlim-məşq toplanışında

    20.10.2026 15:06:53

    Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlandı - ADLAR

    20.10.2026 14:48:53

    “Sabah” bir oyunda bütün mövsümdəkindən çox azarkeş toplayacaq” - Almaniya mətbuatı

    20.10.2026 14:10:18

    FIFA reytinqi: Millimiz yeriində saydı

    20.10.2026 13:49:51

    Azərbaycan klubunun avrokubok oyunu təxirə salındı

    20.10.2026 13:36:38

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved