Azərbaycanlı taekvondo hakimi Ramal Camalov ən yaxşı kişi hakimi seçilib.
Prosport.Az xəbər verir ki, o buna Türkiyənin Antalya şəhərində keçirilmiş G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) etdiyi idarəçiliklə nail olub.
Belə ki, ona yarışın ən yaxşı kişi hakimi olmasına dair sertifikat təqdim olunub.
Qeyd edək ki, bu turnirdə böyüklər 4 bürünc, gənclər 3 qızıl, 1 gümüş, 2 bürünc, yeniyetmələr 1 gümüş qazanıb. Parataekvondoda isə 1 bürünc medal olub.

