Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyində milli komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Prosport.Az xəbər verir ki, Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.
Anar Abdullazadə (37 kq) gümüş medalla kifayətlənib. Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) isə bürünc medallara layiq görülüb.
Bununla da Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

