Sabah Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə kiçik yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək.
Prosport.Az xəbər verir ki, yarışda ölkəmizi oğlanlar arasında 6, qızlar arasında 4 taekvondoçu təmsil edəcək.
Bu gün komandamız kiçik yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi İlkin Şahbazov və komandanın böyük məşqçisi Ziya Qasımovun rəhbərliyi altında adıçəkilən şəhərə yola düşüb.

