Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Kikboksçumuz Avropa Oyunlarına necə vəsiqə qazandı? – Rəqibi zədələnib
    15.06.2023 11:52:31

    "Elşad Şahbazov son anda Avropa Oyunlarına vəsiqə qazanıb".

    Bunu Prosport.Az-a açıqlamasında kikboksçu Elşad Şahbazovun şəxsi məşqçisi Fuad Zeynalov deyib.

    Məlum olduğu kimi, dünən Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək idmançıların sayı açıqlanıb. 86 idmançı həmin yarışda Azərbaycan adından çıxış edəcək ki, bunların arasında 2 kikboksçu da var.

    Məsələ burasındadır ki, ötən ilin noyabrında Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatı vasitəsilə Avropa Oyunlarına vəsiqə qazanan yeganə idmançı dünya çempionu Eduard Məmmədovun tələbəsi Fərid Ağamoğlanov idi. Son Avropa 3-cüsü olan Ağamoğlanov kikboksinqin "Full Contact" növünün 63,5 kq çəki dərəcəsində Azərbaycanı mötəbər yarışda təmsil etmək hüququ əldə edib.

    Bəs Elşad Şahbazov Avropa Oyunlarına necə vəsiqə qazanıb? Bu suala onun şəxsi məşqçisi, Dövlət Sərhəd Xidmətinin mayoru Fuad Zeynalov aydınlıq gətirib: "Bəli, Avropa çempionatında Elşad öz çəkisində – 75 kq-da çıxış etmirdi deyə zəif nəticə göstərdi və "8-liy"ə düşmədi. Ancaq bizə son anda məlumat gəldi ki, onun məğlub olduğu Avropa 3-cüsü, İspaniyanı təmsil edən Hacı Məhəmməd Həmdi zədələnib və Avropa Oyunlarında iştirak edə bilməyəcək. Bu səbəbdən WAKO bizim idmançıya yaşıl işıq yandırdı. Bu bir bəxt məsələsidir. Mən özüm də şəxsi məşqçi kimi Avropa Oyunlarında iştirak etmək üçün artıq sənədləşmə işlərinə başlamışam. Tələbəm Avropa Oyunlarında kikboksinqin "Full Contact" növünün 86 kq çəki dərəcəsində yarışacaq".

    Qeyd edək ki, Avropa çempionatında 75 kq çəki dərəcəsində Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov iştirak edib. Lakin o, "8-liy"ə düşə bilmədiyindən, Avropa Oyunlarına lisenziya qazana bilməyib.

    Səbuhi Musa  

    Döyüş növləri

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47
    Döyüş növləri

    Azərbaycanlı MMA döyüşçüsü "A1 Combat"da ilk qələbəsini qazandı

    17.10.2026 11:43:33
    Döyüş növləri

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48
    Döyüş növləri

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59
    Boks

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13
    Boks

    Yığmamız Budvada Avropa 3-cüsü oldu

    14.10.2026 16:13:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved