Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda daha bir növdə təsnifat mərhələsi başa çatıb.
Prosport.Az xəbər verir ki, kişilərin 25 m məsafəyə tapançadan atəş açma yarışında final mərhələsinin iştirakçıları müəyyənləşib.
Azərbaycan atıcıları iki gün davam edən təsnifat mərhələsini adlaya bilməyiblər. Ruslan Lunyov 577 xalla 20-ci, Cəfər Sultanlı 536 xalla 53-cü, İlham Qarayev 531 xalla 55-ci yeri tutub.
Qeyd edək ki, təsnifat mərhələsində 60 atıcı mübarizə aparıb.