Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında qol vurub.
Prosport.Az xəbər verir ki, 22 yaşlı hücumçu “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib.
Qurbanlı komandasının 4:2 hesablı qələbə qazandığı matçda hesabı açıb.
Xatırladaq ki, əsas komandada heyətə düşə bilməyən Qurbanlı bundan öncə "Yurqorden" U-21-nin heyətində "Norçöpinq"lə 1:1 başa çatan matçda penaltidən fərqlənmişdi.
Qeyd edək ki, Musa Qurbanlı cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.