“Neftçi”nin 2 futbolçusu Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qəbələ” ilə səfər matçını buraxacaq.
Klubdan Prosport.Az-a verilən məlumata görə, bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən macarıstanlı mərkəz müdafiəçisi Mark Tamaş “qırmızı-qaralar”a qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:30-da başlayacaq.