“Zaqatala” növbəti mövsüm üçün heyətin komplektləşdirilməsi istiqamətində çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, Davud Şabanov, İbrahim Məmmədov, Sərxan Abdullayev, Qəşəm Məmmədov, Davud Mahmudov və Turqut Mustafazadə ilə yeni müqavilələr imzalanıb.
Bununla yanaşı, seleksiya prosesi zamanı 15 yaşlı Hacı Şabanov da əsas komandaya cəlb olunub.
Klub yeni mövsümdə futbolçulara uğurlu çıxışlar və qələbələr arzulayıb.
