Cüdo üzrə Azərbaycan milli komandası Qazaxıstanın Almatı vilayətində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Prosport.Az xəbər verir ki, Avqustun 5-də Olimpiya Hazırlığı Bazasında start götürən toplanışa dünyanın 30 ölkəsindən 700-dən çox cüdoçu qatılıb.
Azərbaycan yığmasının üzvləri hazırlıq prosesi çərçivəsində fiziki və texniki hazırlıqlarını təkmilləşdirir, müxtəlif ölkələrin təmsilçiləri ilə randori məşqlərində iştirak edirlər.
Qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı avqustun 15-dək davam edəcək.
