“Turan Tovuz” heyətini Azərbaycan millisinin üzvü Rahil Məmmədovla gücləndirib.
Prosport.Az xəbər verir ki, Tovuz təmsilçisi 30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
Məmmədov son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib. O, karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, həmçinin Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.
Rahil Məmmədov Azərbaycan millisinin də üzvüdür.
