İtaliyanın “Milan” klubu Argentina təmsilçisi “Boka Xuniors”un yarımmüdafiəçisi Leandro Paredesi heyətinə qatmaq niyyətindədir.
Prosport.Az xəbər verir ki, ESPN-in məlumatına görə, Milan təmsilçisi 32 yaşlı futbolçunun transferi ilə bağlı Argentina klubuna artıq rəsmi təklif göndərib.
Keçidin reallaşması üçün “Milan” Paredeslə şəxsi müqavilənin şərtlərini də razılaşdırmalıdır.
Bununla yanaşı, İtaliya klubu heyətdəki sıxlığı azaltmaq məcburiyyətindədir. Məlumata görə, Paredesin transferi yalnız “Milan”ın bir neçə yarımmüdafiəçini satmasından sonra baş tuta bilər.
Qeyd edək ki, “Boka Xuniors”a qayıdan Paredes Argentina klubunda keçirdiyi 42 oyunda 4 qol vurub və 9 məhsuldar ötürmə edib.
