Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günündə 1 cüdoçumuz fəxri kürsüyə qalxıb.
Prosport.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva 3-cü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb.
Sabah turnirdə daha 10 cüdoçumuz mübarizəyə qoşulacaq.
