Futzal millimizin və "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Tino Peres İspaniyanın "Barselona" klubuna baş məşqçi təyin olunub.
Prosport.Az xəbər verir ki, 55 yaşlı məşqçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 2014-2016-cı illərdə millimizlə bərabər "Araz-Naxçıvan"ı çalışdırmış və tam adı Faustino Peres-Moreno Qomes olan məşqçinin son iş yeri Çinin "Şanxay Kuanki Pioner" klubu olub.