Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR
    28.06.2024 11:29:20

    İyunun 15-16-da Tovuzda keçirilən şose velosiedi üzrə Azərbaycan çempionatı ilə bağlı saxtakarlıq üzə çıxıb.

    Prosport.Az-ın xəbərinə görə, kişilərin Elit/U23 yaş kateqoriyasında yarışın nəticələri ilə bağlı Azərbaycan Velosiped Federasiyası (AVF) tərəfindən Gənclər və İdman Nazirliyinə və Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndərilən protokollarda uyğunsuzluqlar var.

    Məsələ burasındadır ki, qeyd olunan yaş kateqoriyasının fərdi və qrup ötüşməsi ilə bağlı (Elit/U23) federasiyanın baş katibi, həmçinin yarışın baş hakimi olan Elnarə Musayeva tərəfindən nazirliyə təqdim edilən protokolda cəmi 4 idmançının adı var. Bunlardan da qrup ötüşməsində yalnız Musa Mikayılzadə (1998) finişə çatıb, Nevzat Mahmud (1988) və Yusif İsmayılov (2003) yarışı yarımçıq dayandırıb, Elgün Əlizadə (1999) isə starta çıxmayıb. Amma federasiyanın UCI-yə göndərdiyi 14 nəfərlik protokolda Yusif İsmayılovun 2-ci, Nevzat Mahmudun 3-cü, Elgün Əlizadənin isə 4-cü yeri tutduğu qeyd olunub.

    Əldə etdiyimiz məlumata əsasən, UCI-yə göndərilən siyahıda adları olan və guya yarışda iştirak etdiyi bildirilən Əli Qurbanov, Nofəl Nuriyev, Nəcəf Bağırov, Mikayıl Səfərli, Şahin Eyvazov, Kənan Qəhrəmanlı, Ruslan Mustafayev və İbad Abbasov müxtəlif vaxtlarda idmançı karyerasını başa vurub və onlar Tovuzda keçirilən Azərbaycan çempionatında iştirak etməyib (siyahını Men Elite – Individual Road Race kateqoriyasında da görmək mümkündür). Bu idmançıların adları federasiya tərəfindən nazirliyə təqdim edilən yarış protokolunda yoxdur (bunu aşağıda Elnarə Musayevanın imzası olan rəsmi sənəddə də görə bilərsiniz – red.).

    Onu da bildirək ki, ölkə çempionatının nəticələrinə əsasən UCI tərəfindən reytinq xalları verilir və bu da milli federasiyaların reytinq cədvəlində öz əksini tapır. Maliyyə problemləri olan, idmançılarsız qalan federasiya isə ölkə reytinqində geriləməmək üçün bu saxtakarlığa imza atmalı olub. Bu məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

    Qeyd edək ki, AVF prezidenti Mədət Quliyevdir. Ötən il M.Quliyev müdafiə sənayesi naziri postundan ayrıldıqdan sonra federasiyanı saxlamaqda çətinlik çəkir. Onun Olimpiadadan sonra postundan ayrılacağı gözlənilir. 6-9 iyun tarixlərində keçirilməli olan 4 mərhələli "Əziz Şuşa" beynəlxalq velosiped yarışı da məhz maliyyə problemlərinə görə ləğv olunub.

    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Bakıdakı dünya çempionatında həvəskar sumo qaydaları əsas götürüləcək

    17.10.2026 16:03:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved