Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Cüdo
    "Olimpiadadan sonra o, karyerasını bitirə bilər" – Rəşad Rəsullu
    15.02.2024 22:00:00

    Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Prosport.Az saytına geniş müsahibə verib. Müsahibənin ilk hissəsini təqdim etmişdik. İndi 2-ci hissəni sizin ixtiyarınıza buraxırıq.

    – Ötən il dünya çempionatından sonra millidən ayrılan performans direktoru Mark van der Hamın yerinə mütəxəssis götürülmədi. Halbuki belə bir vəzifənin millidə təsis olunması bir yenilik idi. Düşünmək olarmı ki, bu vəzifə daha millidə olmayacaq?
    – Xeyr, biz bu sistemdən imtina etməmişik. Olimpiya Oyunlarına az vaxt qalıb. Yeni gələn mütəxəssis yeni ideya ilə gəlir. Yeni ideyaya başlamaq üçün vaxtımız yoxdur. Olimpiya tsiklindən sonra bizə etimad göstərilsə, yenidən milliyə performans direktoru gətirəcəyik. Yaponiya, Fransada adı performans direktoru olmasa da, eyni sistem tətbiq olunur. Yaponiyada idmançıların hansı yarışda iştirak etməsinə xüsusi komitə qərar verir. Bu komitənin sədri əslində elə bizim bildiyimiz performans direktorudur. Onlarda bu vəzifəni olimpiya və üçqat dünya çempionu, Yaponiya millisinin sabiq baş məşqçisi Kose İnoue daşıyır. Fransada bu vəzifənin adı idman direktoru gedir. Böyük Britaniya və Kanadada elə performans direktorudur. Bu vəzifədə olan mütəxəssislər həm də komandaların məşq proqramını, idmançıların randori sayını təsdiq edir. Hazırda performans direktoru vəzifəsinin texniki-təşkilati hissəsini mən öz üzərimə götürmüşəm. Məşq proqramlarını məşqçilər arasında böldüm. Müəyyən məsələləri də federasiyanın vitse-prezidenti Elnur Məmmədli icra edir. Bakı və Tokio "Böyük Dəbilqə" yarışlarında, Avropa çempionatında göstərilən nəticələr bu baxımdan işimizin öhdəsindən gəldiyini göstərdi.

    – Hazırda 10 cüdoçumuz reytinqlə Paris Olimpiadasına lisenziyanın astanasındadır. Bəzilərinin artıq lisenziyanı təmin etdiyini də demək olar. Lisenziyaların idmançılara verildiyini bilirik. Məsələn, 60 kq-da 2 cüdoçumuzun şansı varsa, son performansa əsasən federasiya tərəfindən müəyyən dəyişiklik ola bilər?
    – Yaxşı sualdır. Biz yəqin ki bu ay bəzi çəki dərəcələri üzrə namizəd idmançılarımızı elan edəcəyik. Məsələn, qeyd etdiyiniz kimi, 60 kq-da Balabəy Ağayevlə Turan Bayramov var. Hətta Əhməd Yusifov da lisenziyadan çox uzaqda deyil. Bu idmançılara gələcəkdə Olimpiadayadək hansı yarışlarda iştirak edəcəkləri deyiləcək. Lisenziya reytinqində ilk "8-lik"də olan idmançımız Olimpiadaya gedəcək. Ancaq təbii ki, son gündə idmançının performansına da diqqət yetiriləcək. "8-lik"də olub, ancaq hazırlığında zəiflik müşahidə olunan idmançılar kənarda qala bilər. Bu barədə yekun qərarı Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, mən, Elnur Məmmədli və baş məşqçi Riçard Trautmandan ibarət olan komitə verəcək. Biz də qərarımızı federasiya rəhbərinə bildirəcəyik. Əgər onun da razılığı olarsa, bunu rəsmi şəkildə açıqlayacağıq. Mübahisəli vəziyyət olarsa, nəticəyə cavabdeh olan şəxs kimi baş məşqçi yekun qərarı verəcək. Bunun üçün sparrinq olmayacaq, yarışa göndəriləcəklər. Həmin yarışda ən yaxşı nəticə göstərən idmançının Olimpiadaya getmək şansı daha çoxdur. Prosedura əsasən 25 iyunda Beynəlxalq Cüdo Federasiyası (BCF) hər çəki dərəcəsi üzrə lisenziya qazanmış idmançıları Milli Olimpiya Komitəsinə, onlar da bizə bildirəcək. Bizim geridönüş üçün 1 həftə vaxtımız olacaq. O müddətdə lisenziya düşmüş 2 idmançımız varsa, onlardan 1-nin adını yekun olaraq təqdim edəcəyik.

    – "Böyük Dəbilqə" sabah başlayır. Ötən ilin sonlarında İsraildəki vəziyyətə görə bu yarış Azərbaycana verildi. Bu proses necə baş tutdu? 
    – Əvvəla, onu qeyd edim ki, BƏƏ və Özbəkistanla bərabər, Azərbaycan lisenziya xalları verən 3 yarışa ev sahibliyi edib və edəcək. BƏƏ və Özbəkistanda dünya çempionatı və 2 "BÖyük Dəbilqə" yarışları, bizdə isə 2022, 2023 və 2024-cü ildə keçirilən "Böyük Dəbilqə" yarışları lisenziya xalları verir. Əslində Bakıda keçirilən "Böyük Dəbilqə" yarışları bir az da məsuliyyət deməkdir. Düzdür, son Bakıda keçirilmiş 2 turnirdə çox yaxşı çıxış etmişik. Ancaq o yarışlar sentyabr-noyabr aylarında keçirilmişdi. İndi isə ilin əvvəlidir, hazırlıq səviyyəsi bir az fərqli olur.

    Yarışın Bakıya salınmasında baş məşqçimizin rolu olub. Belə ki, komandamız Yaponiyada təlim-məşq toplanışında olan vaxt İsraildən olan həmkarı demişdi ki, müharibə vəziyyətinə görə fevralda Təl-Əvivdəki yarış təxirə salınacaq. Baş məşqçi bu yarışa ev sahibliyi etməyimizi təklif etdi. Biz də federasiya prezidenti ilə razılaşdırdıqdan sonra BCF-yə müraciət etdik. Onlar da ev sahibliyini bizə verdi. Amma biz bunun üçün əlavə lisenziya haqqı ödəməliyik. Görünür ki, bizdən başqa bu rəqəmi ödəmək istəyən olmayıb deyə, ev sahibliyi bizə verildi (gülür).

    – Ola bilərmi ki, təqvimdə əvvəl nəzərdə tutulmuş payızdakı Bakı "Böyük Dəbilqə"sini həmin tarixdə İsraildə vəziyyət yaxşı olarsa, Təl-Əviv əvəzləsin?
    – İnanmıram. Çünki Olimpiadan sonra keçirilən o "Böyük Dəbilqə" heç kimə maraqlı deyil. İştirakçı sayı az olur. 2021-ci ilin noyabrda keçirdiyimiz "Böyük Dəbilqə"yə 180 idmançı qatılmışdı, onun da 30 nəfəri bizim cüdoçular idi. Əminəm ki, Olimpiadadan sonra sentyabrda keçiriləcək Zaqreb Qran-prisinə çox az idmançı qatılacaq.

    – Səid Mollayidən gözləntilərimiz çox idi. Ötən il zədəsinə görə cəmi 4 yarışda iştirak edə bildi...
    – 2022-ci ilin sonunda "Masters"də 2-ci yeri tutduqdan sonra dirsəyindən planlı əməliyyat keçirdi. Əməliyyatdan sonra ilk yarışı Antalya "Böyük Dəbilqə"sində oldu və gümüş medal qazandı. Dünya çempionatında yaxşı formada idi. İlk görüşündə başını tatamiyə qoydu deyə uduzdu. Açığı, belə uduzması onda ruh düşkünlüyü yaratdı. İyunda Monqolustanda keçirilən "Böyük Dəbilqə" yarışı öncəsi isə dizindən zədələndi. Avqustda Macarıstandakı "Masters" turnirində 5-ci oldu. Bakıdakı yarışa da Niderlandda təlim-məşq toplanışında olarkən zədələndiyi üçün buraxdı. Tokio "Böyük Dəbilqə"yə isə tam hazır deyildi, ilk görüşdə uduzdu. Bu il Portuqaliya Qran-prisində bürünc medal qazandı. Paris "Böyük Dəbilqə"sində yer tuta bilməsə də, həmin çəkidə Zelim Tçkayev finalda güləşdi.

    – Tokio ötən il daha bir Azərbaycan pasportu verilmiş idmançımız üçün uğursuz alındı. Acelya Toprak millidə debüt etdi, ancaq uğursuz oldu. Ötən il Böyük Britaniya millisində çıxış edirdi. Bizə bir anda gəlişi necə alındı?
    – Böyük Britaniyada bir qədər sistem fərqlidir. 57 kq-da onlarda 3 yaxşı idmançı vardı. Performans direktoru 2 idmançıya federasiya xətti ilə yarışa gedə biləcəyini demişdi. Acelya isə öz hesabına yarışlar gedə bilərdi. Bizimlə onun şəxsi məşqçisi əlaqə yaratdı. Bizə isə bu çəkidə onun Olimpiadaya lisenziya qazanmasından çox, daxildə rəqabəti gücləndirməsi lazım idi. 48 və 52 kq-da Leyla Əliyava ilə Gültac Məmmədəliyevanın üzə çıxması daxili rəqabətin olmasına görədir. Fidan Əlizadə 2022-ci ildə yeniyetmələr arasında Avropa çempionu olduqdan sonra ciddi inkişaf görmədik. İndi isə Fidan üçün rəqabət olacaq.

    Milliləşdirilmə prosesi oktyabrda başlandı. Gənclər və İdman Nazirliyi bu istəyimizi anlayışla qarşıladı. İstəmərik ki, milliyə legioner cəlb edək. Amma qadınlarda bəzi çəkilərdə bunu etməyə məcburuq. Məsələn, keçirdiyimiz son Azərbaycan çempionatında diqqətə çarpan yeni bir qadın cüdoçu görmədik, çünki rəqabət yoxdur.

    – Xədicə Qədəşova Rusiyadan tapılıb gətirildi. Bildiyim qədəri ilə onun kimi diqqətdə olan başqa azərbaycanlılar da vardı...
    – 48 kq-da Rusiyada U-23-ün çempionu əslən azərbaycanlı xanım oldu. 90 kq-da Rusiya millisinin üzvü Eldar Allahverdiyev milliyyətcə azərbaycanlıdır. O, Bakıda da güləşib. Bu yaxınlarda oxudum ki, Kanadada gənclərdə Azərbaycan əsilli bir xanım yer tutub. Amma özləri bizə qoşulmaq istəyirsə, o zaman onların gəlişi məsələsinə baxırıq. Əks halda biz heç kimə müraciət etmirik. Xədicədə də belə oldu. O, yeniyetmələr arasında Rusiya çempionu olmuşdu, istəsəydi, orada qala bilərdi. Amma valideynləri onu bura göndərmək istəyirdi.

    – Bəs ağır çəkidə İrina Kindzerskayanın yenidən millimizə qoşulması variantı var?
    – O artıq karyerasını bitirib...

    – Ancaq məndə olan məlumata görə, yenidən güləşmək istəyir...
    – Əlbəttə, özü istəyirsə, müraciət etsin. Mənim nömrəm hamıda var, internetdə email ünvanlarımız da göstərilib. Onun özü də, həyat yoldaşı da nömrəmi bilir. Sonuncu dəfə onlarla əlaqə qurulanda, İtaliyada idilər. Müraciət etsinlər, onun hazırkı durumuna baxaq. Çünki artıq 2 ildir ki, bizimlə birgə məşq etmir. O vaxt özü karyerasını dayandırmağa qərar verdi. Federasiya prezidenti şəxsən onunla danışmışdı, hər cür dəstəyi verməyə hazır idi. Bir az bizdən incimişdi. Ancaq Zelim Kotsoyev də incisə də, o sonradan geri qayıtdı. Hesab edirəm ki, karyerasını dayandırmasaydı, bizim indiki sistemlə nəticə verə bilərdi. Ən azından ağır çəkidə qadın idmançımız olduğundan, komanda yarışlarında ciddi problemlə üzləşməyəcəkdik.

    – "Neftçi baza" kimi tanınan yer Cüdo Federasiyasının ixtiyarına verildi. Bu da suallar formalaşdırır. Məsələn, "Neftçi baza"nın direktoru Oqtay Abdullayev vəzifəsində qalır?
    – Oranın rəsmi adı Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzi gedir. Bura Gənclər və İdman Nazirliyinin balansındadır. Amma biz birgə istifadə edirik. Buranın direktoru kimi Oqtay müəllim fəaliyyətini davam etdirir.

    – "Birgə istifadə" sözünü açsaq, bu o deməkdir ki, siz buna görə icarə haqqı ödəmirsiniz...
    – Bəli. Sadəcə, bazada yenilənmə xərcləri, tatamilərin quraşdırılması və s. federasiya tərəfindən həyata keçirilib. Nazirliklə birgə istifadə olduğundan, "Ulduz" Futbol Akademiyası da buradakı stadionda fəaliyyətini davam etdirəcək. İlk növbədə ölkə rəhbərliyi, daha sonra nazirliyə təşəkkür edirik ki, bizə cüdonun inkişafı üçün belə bir bazada olmaq imkanı verdilər. Burada tək məşq yox, Yaponiyadakı Kodokan sistemində olduğu kimi, cüdo üzrə təhsil məsələlərinə üstünlük veriləcək, məşqçilər üçün sertifikat imtahanları, idmançılar üçün kəmər imtahanları keçiriləcək.

    – Bu Olimpiadadan sonra karyerasını hansı idmançıların bitirəcəyi gözlənilir?
    – Ola bilsin ki, Uşanqi Kokauri. Artıq 32 yaşı var. Ancaq qərar versə ki, hələ rəqabət apara bilər, onda qalacaq. Ən çox sosial şəbəkədə tənqid olunan idmançımız olsa da, hazırda ona bu çəkidə yaxın duran cüdoçumuz yoxdur. Yaddan çıxarmaq lazım deyil ki, 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında bizim ən yaxşı nəticəmizi göstərən Uşanqi olub. Tam səmimi deyirəm, onun hətta Olimpiadada medal qazanmaq şansı var. Sadəcə, ağır çəkililər bir qədər tənbəl olur. Demək olar ki, bütün dünyada belədir (gülür). Uşanqi özü karyerasını bitirdikdən sonra cüdo hakimi olmaq istəyir. Belə olsa, ona tam dəstək verəcəyik.

    – Orxan Səfərov, Rüstəm Orucov və Məmmədəli Mehdiyev ötən il karyeralarını bitirdilər...
    – Hər üçünə böyük hörmətim var. Biz onlara deməmişik ki, karyeralarını bitirin. Sadəcə, bir neçə variant təklif etmişik. Rüstəm Antalyada 81 kq-da çıxış etdikdən sonra orada bildirdi ki, artıq karyerasını bitirir. Qalsaydı, hansısa yarışda bürünc medal qazanacaqdı. Ancaq Rüstəm yaxşı başa düşürdü ki, 81 kq-da Olimpiadaya lisenziya üçün Səid Mollayini keçməsi çətin olacaq. Rüstəm, sadəcə, pik nöqtədə getməyi üstün tutdu. İtaliyalı Fabio Bazile 2016-cı ilin olimpiya çempionudur, ancaq hər yarışda 1-2-ci görüşdə uduzur. Yəqin bildiniz, nə demək istəyirəm.

    Orxan dünya çempionatında italyan güləşçiyə sırf sürətinə görə uduzdu. Sürət də müəyyən yaşdan sonra azalır. Rüstəm də, Orxan da getmək barədə özləri qərar verdi. Məmmədəli isə 100 kq-da davam etmək istəyirdi. Amma müəyyən müzakirələrdən sonra açıq şəkildə dedik ki, karyerasını davam etdirsə belə, ona dəstək olmayacağıq. Yığmaya düşmək üçün özünü sübut etdirməlidir. O hazırda Daxili İşlər Nazirliyinin orqanlarında karyerasını davam etdirir. Əminəm ki, hər üçü müəyyən müddətdən sonra özləri düzgün qərar verdiklərini görəcəklər.

    Səbuhi Musa

    Müsahibə

    Ülviyyə Fətəliyeva: "İspaniya üzərində qələbədən sonra inam yarandı" - MÜSAHİBƏ

    27.11.2025 16:18:24
    Müsahibə

    İslamiadanın ikiqat qalibi: "Qazandığım medallar göstərir ki, daim inkişafda, düzgün yoldayam" - MÜSAHİBƏ

    26.11.2025 10:39:12
    Müsahibə

    Emin Mahmudov: "Neftçi"nin oyunu bərbaddır, biabırçılıqdır, faciədir" - MÜSAHİBƏ

    24.11.2025 15:16:08
    Müsahibə

    Ayxan Abbasov: "O, öz seçimini edib, danışmağa dəyməz" - MÜSAHİBƏ

    20.11.2025 16:43:10
    Multiidman yarışları

    İslamiadanın dördqat mükafatçısı: "İndi Los-Anceles Olimpiadasına real məqsəd kimi baxıram" - MÜSAHİBƏ

    19.11.2025 14:56:52
    Müsahibə

    "Qarabağ"ın qapıçısı: "Sevgilimin və itimin yanımda olmasını istəyərdim" - MÜSAHİBƏ

    18.11.2025 10:40:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kamandan oxatanlarımız Çitada 120 min pul qazandı – FOTOLAR

    7.12.2025 17:28:01

    "Ola bilsin, yanvarda rəhbərliklə bu haqda danışaq" – Füzuli Məmmədov

    7.12.2025 17:27:46

    "Meydança ağır idi, yağış üzümüzə baxdı" – "Şamaxı"nın baş məşqçisi

    7.12.2025 17:23:46

    Qız basketbol millimiz Belarusu qalib, oğlanlarımız məğlub tərk edir

    7.12.2025 17:12:35

    "Xəzər Lənkəran" qayıdır? – AFFA-nın baş katibi cənubda

    7.12.2025 16:32:15

    Misli Premyer Liqası: "Şamaxı"dan səfər qələbəsi – VİDEO

    7.12.2025 15:57:02

    "Qarabağ"ın ÇL-dəki rəqibi baş məşqçini bu əfsanə ilə əvəzləmək istəyir

    7.12.2025 14:25:24

    "Karvan-Yevlax" – "Şamaxı": HEYƏTLƏR

    7.12.2025 13:01:59

    "Yarışa psixoloji hazır deyildim" – Avropa çempionumuz

    7.12.2025 12:18:57

    Azərbaycanda sabiq nazir idman obyektinə direktor təyin olunub – EKSKLÜZİV

    7.12.2025 11:57:32

    Nazim Sadıxov UFC-də ilk dəfə məğlub oldu – VİDEO

    7.12.2025 10:44:26

    AFFA prezidenti Ravşan İrmatovla görüşdü

    6.12.2025 23:37:53

    Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizə yekunlaşdı – FOTOLAR

    6.12.2025 20:45:31

    Tanınmış idmançımız vitse-prezident seçildi – FOTOLAR

    6.12.2025 20:00:41

    "Hakimə yüngül təzyiq göstərirdim" – Rəşad Sadıqov

    6.12.2025 19:38:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved