Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futzal
    "Arxada qalan 9 oyunda axsadığımız məqamları gördük" – Teymur Eyvazov
    29.12.2023 12:29:33

    "Sevindirici məqamlardan biri 2 oyunçumuzun Azərbaycan millisinə dəvət alması, Rumıniya və Niderlanda qarşı görüşlərdə iştirak etməsi oldu. Çalışacağıq ki, bu göstərici tədricən artsın".

    Prosport.Az xəbər verir ki, bunu futzal üzrə Yüksək Liqada iştirak edən "Baku Fayr" komandasının baş məşqçisi Teymur Eyvazov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

    Yüksək Liqada yaranan fasilə ilə əlaqədar əksər komandalar istirahətə yollansa da, “Baku Fayr” məşqlərini əvvəlki qaydada davam etdirir. Əsas rəqibləri ilə müqayisədə 1 oyun az keçirən və qış fasiləsinə lider “Araz-Naxçıvan”dan 7, 2-ci pillədə yer alan “Neftçi” İK-dan 5 xal geridə yollanan ölkə kubokunun son qalibi bu fərqi aradan qaldırmaq niyyətindədir. 

    Mütəxəssis 2023/2024 mövsümünün ilk yarısı başa çatsa da, komandasının istirahətə yollanmadığını bildirib: "Oyunlar olmasa da, hazırda məşqlərimizi davam etdiririk. Futzalçılarımızın formada qalması üçün həftədə 4 dəfə zalda məşqlər keçirik. Arxada qalan 9 oyunda axsadığımız məqamları gördük. Fasilədən sonraya daha hazırlıqlı olmağı planlaşdırırıq və bu səbəbdən yanvarın ilk günlərindən başlayaraq Bakıda təlim-məşq toplanışımız olacaq. Komandada əhval-ruhiyyə yüksəkdir, bunu məşqlər zamanı verilən tapşırıqların necə həvəslə yerinə yetirilməsindən də görürük".

    Teymur Eyvazov əsas rəqiblərindən 1 oyun az keçirdiklərini xatırladıb: "Həmin matçda qələbə qazanıb çempionatın qalan görüşlərini də yüksək səviyyədə keçirmək, bu mövsümü arzu etdiyimiz və layiq olduğumuz yerdə tamamlamaq istəyirik. Heyətimizi də gücləndirməyə çalışacağıq. Mümkün variantları nəzərdən keçirəcəyik, alınsa, transferlər edəcəyik”.

    Qeyd edək ki, "Baku Fayr" Yüksək Liqada 18 xalla 3-cü pillədə qərarlaşıb. Komanda ötən mövsüm çempionatda bürünc medal qazanmaqla yanaşı, həm də Azərbaycan Kubokunun qalibi olub.

    Futbol

    Millimiz seçmə mərhələdə mübarizəyə başlayır

    16.10.2026 10:23:07
    Futbol

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42
    Futzal

    Millimizin oyunu ingiltərəli hakimə tapşırıldı

    14.10.2026 14:45:45
    Futbol

    Millimizə 14 oyunçu çağırıldı - ADLAR

    14.10.2026 12:49:24
    Futbol

    Millimiz Ukrayna, Xorvatiya və Yunanıstanla eyni qrupda

    2.10.2026 21:15:24
    Futzal

    Azərbaycanlı hakim-inspektor Fransa millisinin oyununda

    2.10.2026 11:15:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved