Qış fasiləsinə lider yollanan “Araz-Naxçıvan” braziliyalı hücumçusu Erik Danilu ilə vidalaşıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu müqaviləsi başa çatan “sambaçı” ilə anlaşmanı uzatmayıb.
Yayda komandaya qoşulan “stolb” “Araz-Naxçıvan”ın forması altında Yüksək Liqada 8, UEFA Çempionlar Liqasının ilkin mərhələsində isə 2 qol vurub.
