Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    Kombat Oyunları və karate dünya çempionatı: Nəticələr pisləşib – MÜQAYİSƏ
    31.10.2023 15:02:30

    Bu günlərdə 2 mötəbər turnirdə idmançılarımız iştirak etdi. 21-30 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda III Ümumdünya Kombat Oyunları keçirildi. 24-29 oktyabrda isə Macarıstanın paytaxtı Budapeştdə karate üzrə dünya çempionatı təşkil olundu.

    Prosport.Az hər 2 yarışda idmançılarımızın qazandığı yarışların nəticələrinə göz atıb.

    Birincisi 2010-cu ildə Çinin paytaxtı Pekində (12 idman növü), 2-cisi 2013-cü ildə Rusiyanın Sankt-Peterburq (15 idman növü) şəhərində keçirilmiş multiidman yarışı 3-cü dəfə Asiyada – Ərəbistanda təşkil olundu. Bu dəfə 16 olimpiya və qeyri-olimpiya idman növləri arasında mübarizə getdi.

    Azərbaycan bu yarışda 15 idmançı ilə qeyri-olimpiya idman növlərində təmsil olundu. Bunlar karate (1), kikboksinq (1), savat (1), qraplinq (2), pankration (5), uşu (1), kəmər güləşi (4) idman növlərində mübarizə aparan atletlər idi. Azərbaycan bu yarışda 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazandı. Əli Quliyev (pankration), Amin Quliyev (kikboksinq) qızıl, Hüseyn Məmmədli (karate) gümüş, Nadir İmaməliyev (qraplinq), Orxan Hətəmov (uşu), Esmira Məmmədova, Ramir Ağalarov (hər ikisi pankration) və Ariz Hüseynov (kəmər (alış) güləşi) bürünc medala yiyələndi. 

    Bu nəticə ilə Azərbaycan 31-ci, qonşu Ermənistan 30-cu olub. Medalların sayına görə isə Çin, Gürcüstan və Bolqarıstanla birgə 29-cu yeri tutmuşuq. 1-ci yerdə 53 medalla (21-17-15) Ukrayna, 2-ci sırada 51 medalla (12-20-19) meydan sahibi Səudiyyə Ərəbistanı və 3-cü pillədə 48 medalla (12-13-23) Qazaxıstan qərarlaşıb.

    İndi isə əvvəlki 2 turnirlə nəticəni müqayisə edək. 2010-cu ildə Pekində keçirilmiş yarışda Niyazi Əliyev (67 kq, karate), Pərviz Abdullayev (71 kq, kikboksinq), Olesya Zamula (63 kq, güləş) qızıl və Kənan Sadıxov (75 kq, kikboksinq) bürünc medal qazanmışdı. Azərbayan 3 qızıl və 1 bürünc medalla 13-cü olmuşdu.

    3 il sonra şimal qonşumuzda keçirilmiş yarışa 14 idmançı ilə yollanan Azərbaycan 6 medal qazanmışdı. Rafael Ağayev (75 kq, karate), Şahin Atamov (+84 kq, karate), Vüqar Kərəmov (66 kq, pankration) qızıl, Elnur Süleymanov (69 kq, boks) gümüş, Əbdülrəhman Şirinov (52 kq, boks) və Elvin Qəmbərov (81 kq, boks) bürünc medala yiyələnmişdi. 3 qızıl, 1 gümüş və 2 bürünc medalla Azərbaycan 11-ci yeri tutmuş və nəticəsini yaxşılaşdırmışdı.

    Göründüyü kimi, əvvəlki yarışda daha az idmançı ilə indikindən daha yaxşı nəticə göstərilib. Ümumilikdə isə III Ümumdünya Kombat Oyunlarında medalların keyfiyyətinə görə nəticə daha pis olub.

    Elə karate üzrə dünya çempionatında da nəticələr yaxşı deyil. Yalnız 68 kq çəki dərəcəsində ukraynalı legionerimiz İrina Zaretskaya 3-cü dəfə dünya çempionu ola bildi. Karatedə xeyli bizdən irəlidə olan İranın 21 karateçisinə Şengen vizası verilməsə də, Azərbaycan bu yarışdan cəmi 1 qızıl medalla qayıda bildi. Bu nəticə ilə Çin və Yunanıstanla birgə 8-ci olduq. Maraq üçün qeyd edək ki, karatenin vətəni Yaponiya 1-ci (4-1-1), Misir 2-ci (2-2-4) və Türkiyə 3-cü (2-2-1) yeri tutdu.

    Ötən dünya çempionatında – 2021-ci ildə BƏƏ-nin Dubay şəhərində keçirilmiş yarışda isə 1 qızıl və 2 bürünc medalla 7-ci olmuşduq. Onda İrina Zaretskaya çempion olmuş, Asiman Qurbanlı (+84 kq) və Rafael Ağayevin də çıxış etdiyi kişi kumite millimiz bürünc medala yiyələnmişdi. Bu dünya çempionatında isə Ağayevsiz kişi millimiz bürünc medalın astanasında uduzdu.

    Səbuhi Musa

    Top oyunları

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Futzal

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Futbol

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Futbol

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Özəl xəbər

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Futbol

    "Kəpəz" kosovolu futbolçu transfer etdi, portuqaliyalı legioner "qara siyahı"ya düşdü

    1.09.2026 14:00:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved