Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, A qrupunda yer alan yığmamız IV turda Qazaxıstanla üz-üzə gəlib.
5 gün əvvəl Bakıda rəqibinə uduzan (2:4) Vitali Borisovun baş məşqçi olduğu komanda bu dəfə də məğlubiyyətlə üzləşib. Astanadakı Jekpe-Jek Sarayında reallaşan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində braziliyalılar – Amedeu və Everton Kardozu fərqlənib.
Qeyd edək ki, Qazaxıstan seçməsi 12 xalla qrupun lideridir. Vitali Borisovun rəhbərlik etdiyi kollektiv 3 xalla 3-cü pillədə qərarlaşıb.
