Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Cüdomuza ilk qız dünya çempionunu bəxş edən adam: "2-si ilə də maraqlanıram"
    30.09.2023 09:00:00

    2021-ci ildə 48 kq-da Rusiya çempionu olmuşdu. Daha sonra onun milliyyətcə azərbaycanlı olduğu müəyyənləşdi. Dərhal Azərbaycan Cüdo Federasiyası onun doğma Azərbaycan adından çıxış etməsi üçün hərəkətə keçdi. Artıq o, millimizdədir. Söhbət ötən ay Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionu olan Xədicə Qədəşovadan gedir. O Qədəşova ki, hazırda dünya çempionu olan yeganə qız/qadın cüdoçumuzdur.

    Prosport.Az bu dəfə onu Azərbaycana tapıb gətirmiş beynəlxalq dərəcəli cüdo hakimi Nazim Umbayevdən müsahibə götürüb:

    – Xədicə Qədəşovanı necə Rusiyadan tapdınız? Bunun tarixçəsini bizə danışardınız...
    – Mən istər hakim, istərsə də məşqçi kimi xarici ölkələrdə çox olmuşam. Genetikamızdan irəli gələrək bizdə kişi cüdosunda ağır çəki dərəcələrində və qadın cüdosunda idmançı tapmaq çətin məsələdir. Legionerin Azərbaycana gəlməsinin tərəfdarı deyiləm. Amma azərbaycanlı balaları olanda onları milliyə cəlb etməyin marağında olmuşam. Rusiyada əslən Sumqayıtdan olan azərbaycanlı məşqçi Elçin var. Səhv etmirəmsə, yeniyetmələr arasında Avropa çempionatı vaxtı idi. Onda bilirdim ki, belə bir qız var. Elçin müəllimin də bu məsələdə vasitəçiliyi böyük olub. Onun vasitəsilə Xədicənin atası ilə qızının Azərbaycana gətirilməsini danışdıq. Cüdo Federasiyası da bu məsələdə bizə etimad göstərdi. Qızın valideyni də razılıq verdi və beləcə onu Azərbaycana gətirdik.

    – Ötən ay Xədicə Qədəşovadan müsahibə götürmüşdük (müsahibəni buradan oxu). Onadək idmançının soyadı və rus dilində danışması çox insanda Xədicənin digər millətin nümayəndəsi olması şübhəsi yaradırdı...
    – Xədicə Saratovda doğulsa da, əsli-nəsli dağlıdır. Atası Xızıdan, anası Göyçaydandır. Ona görə də "qədeş" soyadını götürüblər (gülür).

    – Qızları millimizə cəlb olunduğundan, valideynləri də burada yaşayır?
    – Xeyr, valideynləri hazırda da Saratovda yaşayır. Sadəcə olaraq, onun nənəsi, bibisi Azərbaycandadır, onlar qıza nəzarət edir.

    – 17 yaşlı Xədicə yeniyetmələr arasında qitə 3-cüsü olduqdan sonra Avropa Gənclərin Olimpiya Festivalında (EYOF) və dünya çempionatında qalib oldu. Hazırda dünya çempionu olan yeganə qız cüdoçumuz ünvanına sahibdir. Onun "başından yuxarı tullanacağı"nı gözləyirdinizmi?
    – Onun nəticə verəcəyinə, Avropa çempionatı və EYOF-da medal qazanacağına inanırdım. Sadəcə, dünya çempionu olacağını təsəvvür etmirdim. Çünki dünya çempionatı Asiya, yapon məktəbi nümayəndələrinin də qatıldığı yarışdır. Ona görə də dünya çempionu olması böyük nailiyyətdir. Ancaq deməliyəm ki, bu qızda dünya çempionu olmaq üçün özəllik vardı, digər yaşıdlarından mübarizliyi ilə seçilirdi. 

    – Sizdə milliyə istedadlı cüdoçu bəxş etmək təcrübəsi daha əvvəl də olmuşdu?
    – Xədicədən əvvəl Ukraynanın paytaxtı Kiyevdən Rüfət Məmmədovu gətirmişəm. O, Azərbaycan çempionu olub, U-23 Avropa çempionatının gümüş medalını qazanıb, 2 dəfə yeniyetmələr arasında Avropa Kubokunun bürünc medalına yiyələnib. Lakin 2 ildir ki, güləşmir. Çünki millidə rəqabətə tab gətirmədi. Onun çıxış etdiyi 73 kq çəki dərəcəsində onda Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Nurlan Osmanov, Rəşad Məmmədəliyev vardı. Ona görə də o çəkildi kənara.

    – Hazırda da millimiz üçün əslən azərbaycanlı olan cüdoçuların cəlb edilməsi üçün çalışırsınız?
    – Bəli. Hazırda 2 qız idmançı ilə maraqlanıram. Onlardan biri Saratovdan, digəri Lipetsk şəhərindəndir. Hər ikisi gəncdir, Rusiya 3-cüsü olublar. Onlarla da danışıqlar gedir. Dəqiqləşdirdikdən sonra federasiyaya bu barədə məlumat verəcəyəm. Federasiya "ok" versə, onları da millimiz üçün gətirəcəyəm.

    – Siz bu idmançıları millimizə cəlb edəndə, Rusiya tərəfindən hər hansısa narazılıq olmur?
    – Təbii ki, narazılıq olur. Kim istəyər ki, yetişdirdiyi, pul buraxdığı idmançını başqa ölkəyə buraxsın. Ancaq bu adamın azərbaycanlı olduğunu göstərib Beynəlxalq Cüdo Federasiyasına müraciət edəndə, bu baxımdan asan olur. O zaman problem yaşanmır. Əsas idmançının və ya valideynlərinin razılığıdır.

    Səbuhi Musa

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved