Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Millimizin baş məşqçisi bayraq olayından danışdı: "Açılışa özümüz QATILMADIQ"
    9.05.2023 21:50:50

    Ağırlıqqaldırma üzrə millimiz 15-23 aprel tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına yollansa da, məlum bayraq olayına görə orada iştirak edə bilmədi və geriyə qayıtmağa qərar verdi. Bundan sonra idmançılarımız danışsa da, millimizin baş məşqçisi Emil Əliyev mətbuatda fikirlərini bildirməmişdi.

    Prosport.Az həm ondan millimizin 11-18 may tarixlərində Tunisdə iştirak edəcəyi Afrika çempionatı, həm də İrəvanda baş verənlər haqda fikirlərini öyrənib. 

    – Bilirik ki, millimiz tarixində ilk dəfə Afrika çempionatında çıxış edəcək. Bu təklif sizə nə vaxt gəldi?
    – İrəvanda keçirilən Avropa çempionatından qayıdandan sonra.

    – Ermənistana 4 idmançı ilə qatılmışdınız. Yalnız həmin 4 idmançıya Tunisdə iştirak etməyə icazə verilir, yoxsa əlavə idmançı da sifariş etmək mümkündür? (müsahibə Afrika çempionatına yollanacaq heyət açıqlanmazdan əvvəl götürülüb – S.M.)
    – Əslində biz Ermənistandakı yarış üçün 5 idmançı sifariş etmişdik. Ancaq Dadaş Dadaşbəyli əməliyyat olunduğuna görə o iştirak edə bilmədi.

    – Belə çıxır ki, onun yerinə başqa idmançı sifariş etmək olar?
    – Yox, o, mümkün deyil. Düzdür, Dadaş Dadaşbəyli Tunisdəki yarışa gedəcək, amma yarışmayacaq. Ancaq İrəvanda olmuş digər 4 idmançımız Tunisdə çıxış edəcək (bu gün məlum olub ki, ağır çəkili idmançımız Əli Şükürlü də zədə səbəbindən yarışmayacaq – S.M.).

    – Bəs bu yarışın xərclərini kim qarşılayacaq? Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, yoxsa bizim federasiya?
    – Onu mən bilmirəm.

    – Bu, hər halda ilk təcrübə olacaq ki, Afrikada yarışa qatılacağıq...
    – Bəli. Lisenziya xarakterli çempionat olduğuna görə yarışa qatılacağıq. İrəvanda baş verən məlum hadisəyə – bayrağımızın yandırılmasına görə yarışı boykot etdik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına etiraz etdik ki, İrəvanda yarışmadığımızdan, reytinq xalları qazana bilmədik. Onlar da olimpiya xalları qazanmaq üçün bizə güzəşt etdilər ki, Tunisdəki Afrika çempionatında yarışaq.

    – Avropa çempionatında Türkiyə, Ruminiya, Ermənistan və s. güclü rəqiblər idisə, Afrika çempionatında hansı ölkələrin adlarını bu baxımdan çəkmək olar?
    – Afrikada da güclü komandalar var. Meydan sahibi Tunis və Misir çox güclüdür.

    – Gəlin, yenidən İrəvandakı Avropa çempionatına qayıdaq. Ermənistandakı yarışa gedəcəyiniz nə vaxt dəqiqləşdi?
    – Yarışa qatılmaq üçün 3 ay öncədən sifariş göndərilir. Bu prosedurdan sonra yarışa qatılmaq hüququmuz olur. Sadəcə, təhlükəsizlik məktubu gözləyirdik, o gələndən sonra orda çıxışımız dəqiqləşdi.

    – Düşmən ölkə olmağı bəllidir. Üstəlik, həmin ərəfədə ermənilərlə üzbəüz mövqelərdə gərginlik də yaşanmışdı. Təcrübədə olub ki, boks millimiz ötən ilin mayında İrəvandakı Avropa çempionatına qatılmayıb. Ötən ilin oktyabrında yeniyetmə və gənclər arasındakı dünya çempionatında sambo millimiz iştirak etməyib. Bu ilin 10-12 noyabrında yenə İrəvanda keçiriləcək sambo üzrə böyüklərin dünya çempionatında da millimiz yarışmayacaq.. Lisenziya xarakterli olmasaydı, siz də yarışa qatılmayacaqdınız?
    – Bəli. Bu yarış vacib olduğundan, sırf lisenziya xallarına görə İrəvandakı yarışa qatıldıq.

    – Orda baş verən hadisələr barədə danışardıq. Düzdür, mətbuatda bu haqda danışılıb. Amma sizin fikirləriniz yox idi. Açılış nərasiminə qatılmamışdınız. Bildiyimə görə, mərasimi TV arxasında izləyirdiniz...
    – Əslində bizə təklif olundu ki, yarışın açılış mərasiminə qatılaq. Bizim bir idmançımız Nazilə İsmayılova səhəri gün yarışa qatılmalı idi. Biz sırf Naziləyə dəstək olmaq, onun istirahət etməsi üçün hoteldə qaldıq.

    – Bayrağın yandılmasından nə vaxt xəbər tutdunuz?
    – Sosial şəbəkələrdə gördük.

    – Televizora baxırdınız, o anı görmədiniz? Yoxsa internet kəsildi?
    – Bunu dəqiq bilmirik. Biz həmin məqamda otağa yığışıb istirahət edirdik. Nümayəndə heyətimizdən bir nəfər gəldi ki, kinoya baxırdım, internet getdi. Baxdıq ki, heç kimdə internet yoxdur. Hardasa 20 dəqiqə internet olmadı. Mən çıxdım bayıra və təhlükəsizlik əməkdaşlarına dedim ki, internet yoxdur. Onlar da dedi ki, internet bizdə işləyir. Bir qədər vaxt keçəndən sonra internet bərpa olundu.

    – Bəyəm açılış mərasimini televizorla izləmirdiniz? Həmin an internet nəyə gərək idi ki?
    – Televizordan baxırdıq.

    – Əgər televiziya internetlə yayımlanmırsa, ola bilər ki, həmin an çəkilməyib. Bu səbəbdən o hissəni siz görməmisiniz...
    – Bəli, canlı yayımda o hissə görünməyib. Ola bilər ki, həmin vaxt başqa yeri göstərirdilər.

    – Sizin təhlükəsizliyiniz – hava limanından hotelə gəlmək, məşq keçmək məsələləri necə idi, problem yaşamadınız?
    – Orda məşq də keçmişik. İlk görünüşdən hər şey normal idi. Özümüzü təhlükədə hiss etmirdik.

    – Türkiyə ilə eyni mərtəbədə qalırdınız?
    – Bəli eyni hoteldə, eyni mərtəbədə qalırdıq. Həmin mərtəbədə Türkiyə və Azərbaycandan başqa komanda yox idi.

    – Mənim bu məsələdə subyektiv fikrim var. Zəif idmançılar belə, bayraq sevdalısıdırsa, belə hallarda sanki dopinq qəbul edirmiş kimi əlavə güclə yarışır. Məncə, qalıb yarışsaydınız, hətta oradan medalla da qayıda bilərdiniz...
    – Biz o hadisəyə birmənalı reaksiya verməli idik. Yarışı boykot etməli idik və etdik.

    – Belə başa düşürəm ki, rəhbərlikdən qayıdış haqda sizə göstəriş verilib. Yəni qalıb iştirak etmək və medal qazanmaq istəyirdiniz...
    – Biz orada konkret reaksiya verməliydik. Bayraq yandırılıbsa, bu cavabsız qalmamalıdır. Bir tədbir görməliydik ki, göstərək ki, bayrağımız yandırıla bilməz.

    – Hava limanında idmançılar bildirdi ki, yarışsaydıq, medal qazana bilərdik. Halbuki bunadək həmin 4 idmançımızın medal qazanmaq şansları aşağı qiymətləndirirdi...
    – Bu, idmandır, əvvəl heç kim deyə bilməz ki, medal qazana bilməyəcəyik. Mən baş məşqçi olaraq belə, proqnoz verə bilmərəm ki, medal olacaq. Elə idmançı olar, medal gözləyərsən, alınmaz. Gözləmədiyin idmançı isə medal qazanar. Hava limanında verilən açıqlamalar yaxşı məşq keçməyimizdən irəli gəlirdi.

    – Konyadakı İslam Həmrəyliyi Oyunlarında Nazilə İsmayılovanın göstərdiyi nəticə ilə onun çəkisində Avropa 3-cüsü olan ispaniyalı Marta Qarsianınkı arasında yer-göy qədər fərq var. Nazilə Konyada 45 kq-da birdən qaldırmada 54, təkanla qaldırmada 67 kq qaldırdı, ümumi olaraq 121 kq-lıq nəticə ilə bürünc medal qazandı. İrəvanda Martada isə bu, 68-85-153 idi. Nazilə nə dərəcədə İrəvanda medal qazana bilərdi? 
    – Nazilə məşqlərdə yaxşı nəticə göstərirdi. O, Konyada yarışa qatılmadan öncə zədələnmişdi, üstəlik, qızdırmalı halda yarışa çıxmışdı. Ona görə də potensialından aşağı nəticə göstərdi, bu onun pik çıxışı deyildi. İrəvana gedəndə isə zədəsi yox idi və özünü yaxşı hiss edirdi.

    – İrəvana getmiş 4 idmançımız ötən ay keçirilmiş Azərbaycan çempionatına qatılmadı. Bu nə ilə bağlı idi?
    – Bildiyiniz kimi, Tunisdəki yarışa hazırlaşırıq. Həmin yarışa yaxşı hazır olmaq üçün onlara istirahət verdik. Zatən yarışa yüklənmə ilə çıxırlar. Yüklənib, sonra bərpa olunmaları çətin olardı, buna vaxt yoxdur. Ona görə qərara gəldik ki, respublika çempionatını buraxsınlar. Tunisdəki lisenziya xarakterli yarış bizim üçün daha vacibdir. Orada ilk "10-luq" reytinq xalları toplayır. Tunisdən sonra Olimpiadaya lisenziya xalları toplamaq üçün daha 5 yarışımız var.

    – Ötən ilin aprelin 25-dən komandaya baş məşqçi təyin olunmusunuz. Məlum dopinq olaylarından sonra milli komandada eniş var idi. Yeni ümidli idmançılar var?
    – Bəli, yeni idmançılar var, onlara ümidimiz böyükdür.

    – İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunmasından sonra, Ağır Atletika Federasiyasının rəhbəri yoxdur. Bu idmançılara və məşqçilərə necə təsir edir?
    – Biz öz işimizi görürük. Maliyyə və texniki dəstək baxımından problemləri hələ ki hiss etməmişik.

    Səbuhi Musa

    Digər idman növləri

    "Mən belə qalibiyyət istəmədim, qərarımdan peşman deyiləm" – Türkan Məmmədyarova

    5.03.2026 09:37:46
    Digər idman növləri

    Bakıda keçiriləcək nüfuzlu yarışın saytı təqdim olundu

    2.03.2026 15:48:04
    Digər idman növləri

    Azərbaycanda bu olimpiya idman federasiyası ləğv olunur – EKSKLÜZİV

    28.02.2026 10:25:26
    Digər idman növləri

    Tofiq Əliyev ilin idmançısı seçilə bilər – Rəqibi arasında erməni də var

    28.02.2026 09:04:11
    Digər idman növləri

    Azərbaycanın 2 idmançısı Fransada gümüş medal qazandı

    27.02.2026 23:26:28
    Taekvondo

    Azərbaycanda 2 yığma birgə təlim-məşq toplanışına başladı

    26.02.2026 18:44:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Nazim Sadıqovun növbəti rəqibi bilindi

    7.03.2026 12:12:25

    Rəşad Nəbiyev Qran-pridə qızıl medal qazanan cüdoçunu təbrik etdi - FOTO

    7.03.2026 11:45:25

    Bakıda yenidən UFC turniri keçirilə bilər – Vayt açıqladı

    7.03.2026 11:10:04

    Millimiz səfərdə Macarıstanla üz-üzə

    7.03.2026 10:42:19

    Premyer Liqada XXIII tur autsayderin oyunu ilə başlayır

    7.03.2026 10:00:58

    Hidayət Heydərovun müəllimi onun çəkisini sala bilməməsinin səbəbini açıqladı: "İspaniyaya getmişdi"

    7.03.2026 09:16:21

    "Heç nə alınmadı, bərbad oynadıq" – Lənkəran təmsilçisinin baş məşqçisi

    6.03.2026 23:36:02

    Bölgə təmsilçilərinin duelini Naxçıvan klubu qazandı

    6.03.2026 22:47:06

    Cüdoçumuz Avstriyada qızıl medal qazandı – VİDEO

    6.03.2026 22:29:34

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56

    Millimiz Taylanda 6 boksçu ilə yollanır - ADLAR

    6.03.2026 18:48:48

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50

    "Səbail" prinsipial oyunda inamlı qələbə qazandı

    6.03.2026 17:58:32

    Ötən ayın ən yaxşı qollarının müəllifləri müəyyənləşdi

    6.03.2026 17:14:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved