Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futzal
    "2 gün ərzində mənə o qədər zənglər gəlib" – Vitali Borisov
    20.09.2023 21:33:37

    "Oyun bizim üçün əla keçdi. Uşaqlar çox istəkli və motivasiyalı idi. O da nəticəyə kömək oldu, qəşəng nəticədir. Amma bir az da çox qol vura bilərdik. Qazaxıstanla oyuna qədər 3 xal qazandıq. Çalışacağıq ki, Qazaxıstana qarşı da bu cür oyun göstərək. 2-ci hissədə ilk yarıdakı kimi qol epizodlarından istifadə edə bilmədik. Birinci hissə 9 epizoddan 5-i qol oldu. Amma 2-ci yarıda təkbətəklərimiz oldu, boş qapıya zərbələr var idi, ancaq qolla nəticələnmədi. Məqsədimiz qol buraxmamaq idi. Amma qol da vurmaq istəyirdik".

    Prosport.Az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün seçmə mərhələsinin Niderlandla (6:1) matçından sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

    – Xətai Bağırovun performansını necə dəyərləndirirsiniz? Sanki səviyyəsindən aşağı çıxış etdi...
    – Yox, heç də səviyyəsindən aşağı çıxış etmədi. Necə lazımdırsa, oynadı. Ona da lazım olan vaxtı ayırdıq.

    – Rumıniyaya məğlubiyyətdən sonra komandanı bu oyuna hazırlamaq çətin olmadı ki?
    – Xeyr, çətin olmadı. Həmin planda işləyirik. Düzdür, Rumıniya ilə matçdan sonra oyunçuların əhval-ruhiyyəsi aşağı düşmüşdü. Çünki oyuna baxanda bütün göstəricilərdə onlardan üstün idik. Biz qapıya 22 zərbə vurmuşduq, onlar 8 zərbə. Sadəcə öz səhvlərimizdən qollar buraxdıq. Bizim epizodlarımız qolla nəticələnmədi.

    – İsa Atayevin Rumıniya ilə oyundan sonra kənarda qalması nə ilə bağlıdır?
    – 2 gün ərzində mənə o qədər zənglər gəlib, jurnalistlər məhz bu haqda suallar verir. Heç bir şey yoxdur. Məşqçilər korpusunun fikri idi. İstədik ki, İsa Atayev bu oyunda dincəlsin. Başqa bir şey yoxdur.

    – Millini qarşıda Qazaxıstanla matç gözləyir. Bu oyunları həlledici saymaq olar?
    – Əlbəttə, Qazaxıstana qarşı 2 oyundan çox şey asılı olacaq. Qazaxıstan qrupun favoriti sayılır. Həm reytinq sarıdan belədir, həm də son dünya çempionatında iştirak edib, Avropa çempionatında yaxşı nəticə göstəriblər. Çətin oyunlar olacaq. Kim onlardan xal ala bilsə, o komanda qrupda öz yerini 1-ci və ya 2-ci pillədə möhkəmləndirəcək.

    – Niderland millisinin vurduğu qol haqda hansı fikirdəsiniz? Emin Kürdov hakimə qəti etiraz etdi. Sizcə, top qapı xəttini keçmişdi?
    – Yalan deməyim, görməmişəm. Çünki dayandığım yerdən görünmürdü. Millinin həkimi həmin epizodda orda idi, qol olmadığını dedi. Qoldan sonra Emin Kürdov düzgün etmədi, hakimə etiraz bildirdi və boş yerə sarı vərəqə ilə cəzalandırıldı.

    – Rövşən Hüseynlinin Rumıniyaya qarşı keçirdiyi performansdan narazı qaldınız deyə, bu gün qapıda Emin dayanmışdı?
    – İnanın ki, 1-ci oyunqabağı ən sonuncu seçimi qapıçılardan yana etdik. Çünki 2-si də eyni səviyyədədir. Məşqçilər üçün seçim etmək çətindir. Emini də çoxdan tanıyıram, o da etibarlı qapıçıdır, Rövşən də. Ona görə Rumıniyadakı görüşdə qapıda kimin olacağını bilmirdik. İnanın ki, qapıçını oyuna 1 saat qalmış seçdik. Bu oyunda Eminə şans verdik. Rumıniyada qalib gəlsəydik də, bu gün qapını 80 faiz Eminə tapşıracaqdıq. Hər 2-nin oyun praktikası olmalıdır. Rövşən də Rumıniyaya qarşı yaxşı dayandı. Buraxılan qollarda səhvləri yox idi.

    – Manekanı ilk oyuna dəvət etmədiyinizə görə peşmansınız? Bu gün ilk matçında qolunu vurdu...
    – O öz epzidolarından istifadə edən oyunçudur. Maneka "stolba" mövqeyində oynayır. O mövqedə isə bizdə Vilela və Xətai var. Bizə daha çox qaçan oyunçu lazım idi. Ona görə də Manekaya şans verdik. O da sağ olsun, bizə kömək oldu. Peşəkar biridir. Bir gün əvvəl 20 saatlıq yol gəlib, meydana çıxıb belə oynadı. Ona təşəkkür edirik.

    Futzal

    "Zəif rəqibləra qalib gəlib bayram etməkdənsə..." - Yığmamızın baş məşqçisi

    15.04.2026 22:02:50
    Futbol

    Millimiz Qazaxıstana 2-ci oyunda da uduzdu

    15.04.2026 21:30:16
    Futbol

    Millimizin Qazaxıstanla 2-ci dueli

    15.04.2026 10:57:35
    Futbol

    "Nəticəyə görə məyusuq, ancaq bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik" - Milli üzvü

    14.04.2026 13:15:09
    Futbol

    Millimiz Qazaxıstana böyük hesabla uduzdu

    13.04.2026 22:10:41
    Futzal

    Millimiz Gürcüstandan 5 top buraxdı

    11.04.2026 16:05:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Prezident Avropa çempionatında uğur qazanan güləşçilərlə görüşdü – FOTOLAR

    30.04.2026 12:47:16

    "Sabah"ın qapıçısı Azərbaycan futbolunun tarixinə düşə bilər

    30.04.2026 12:17:48

    Yığmamız UEFA turnirini 2 qələbə ilə başa vurdu

    30.04.2026 11:36:57

    Millimiz Belarusla ilk oyunda məğlub oldu

    30.04.2026 11:01:09

    Nəriman Axundzadə 90 dəqiqə oynadı, komandası 4 qol vurdu

    30.04.2026 10:29:35

    Son 5 gündə 2-ci Azərbaycan derbisi: "Neftçi" "Qarabağ"a qarşı

    30.04.2026 10:00:30

    Millimizin Avropa Kuboku üçün heyəti bilindi – ADLAR

    30.04.2026 00:00:47

    "Rəqib sərtliyi artırdı, biz isə buna cavab verə bilmədik" – Ərhan Tokər

    29.04.2026 23:24:51

    "Bu qələbəni unudub növbəti görüşə köklənməliyik" – Rimas Kurtinaytis

    29.04.2026 22:20:55

    "Sabah" final seriyasına qələbə ilə başladı

    29.04.2026 21:51:33

    "Şəfa" öz meydanında vacib xal itirdi, "Mingəçevir" "Zaqatala"ya 7 qol vurdu

    29.04.2026 21:26:20

    Elvin Cəfərquliyev Yunanıstan nəhəngi ilə danışıqlara başladı – ÖZƏL

    29.04.2026 19:46:11

    "Zirə" Ronaldo ilə danışıqlara başladı

    29.04.2026 18:50:17

    "Qarabağ" portuqaliyalı müdafiəçi ilə maraqlanır

    29.04.2026 18:18:46

    Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandı

    29.04.2026 17:59:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved