Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futzal
    "Onlar böyük yarışların final mərhələsində oynamağa adət ediblər" – Amadeu
    14.09.2023 12:08:25

    “Rumıniyadakı zal istənilən səviyyədə deyil”.

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Amadeu DÇ-2024-ün elit mərhələsində Rumıniya ilə keçiriləcək səfər oyunu ərəfəsində Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

    Braziliyaəsilli müdafiəçi görüşün baş tutacağı məkanda keçirdikləri ilk məşqdə müəyyən çətinliklərlə üzləşdiklərini söyləyib:

    “Yol yorğunluğuna baxmayaraq, Rumıniyadakı ilk məşqimiz normal alındı. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Ancaq bizdən əvvəl həndbolçular məşq etdiyi üçün zalda örtük yapışqan idi. Ümid edirəm ki, növbəti məşqə qədər təmizləyərlər”.

    Amadeu ilk turda qalibiyyətin böyük önəm kəsb etdiyini bildirib:

    “Hər kəs qələbə haqqında düşünür. Uğurlu başlanğıc növbəti oyunlarda daha yaxşı nəticə qazanmağımız üçün vacibdir. Daha bir məşqimiz olacaq. Bütün gücümüzü səfərbər edərək, bura qədər çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirik. Çünki Rumıniya ilə matçdan sonra Bakıda Niderlandla görüşəcəyik. Həmin oyuna qalib əhvalda çıxmaq lazımdır”.

    O, Rumıniyanın güclü heyətə malik olduğunu düşünür:

    “Onların 2 oyunlarına baxmışam. Heyətlərində Braziliyaəsilli 4 futzalçı var. Çox çətin qarşılaşma olacaq. Şansları qaçırmaq olmaz. Elə matçdır ki, həmin gün kim yaxşı köklənsə, imkanları düzgün dəyərləndirsə, qələbə qazanacaq”.

    Amadeu qrupdakı şansları barədə də fikirlərini bölüşüb:

    “Rumıniya güclü rəqiblərdəndir. Niderland isə hər matçda sürpriz edəcək gücdədir. Son illər inkişafdadır, heyətlərində fərdi qabiliyyətinə görə seçilən oyunçular var. Təkbətək mübarizələrdə güclüdürlər. Qazaxıstan yığması haqqında isə ətraflı danışmağa dəyməz. Onlar son illər böyük yarışların final mərhələsində oynamağa adət ediblər. Qrup birincisi olmaq baxımından komandamızın şansı 50/50-yədir”.

    Qeyd edək ki, sabah Buzau şəhərindəki “Romeo lamandi” zalında keçiriləcək Rumıniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

    Futbol

    Millimiz seçmə mərhələdə mübarizəyə başlayır

    16.10.2026 10:23:07
    Futbol

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42
    Futbol

    Millimizin oyunu ingiltərəli hakimə tapşırıldı

    14.10.2026 14:45:45
    Futzal

    Millimizə 14 oyunçu çağırıldı - ADLAR

    14.10.2026 12:49:24
    Futbol

    Millimiz Ukrayna, Xorvatiya və Yunanıstanla eyni qrupda

    2.10.2026 21:15:24
    Futzal

    Azərbaycanlı hakim-inspektor Fransa millisinin oyununda

    2.10.2026 11:15:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved