Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futzal
    "İstəyimiz qrup birincisi kimi finala vəsiqə qazanmaqdır” – Rövşən Hüseynli
    12.09.2023 11:38:02

    “Dünya çempionatına vəsiqə qazanmaq istəyiriksə, geriyə addım ata bilmərik”.

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit mərhələsindəki şansları dəyərləndirərkən jurnalistlərə açıqlamasında deyib.

    Qazaxıstanın “Atırau” klubunda legioner həyatı yaşayan futzalçı yığmanın qarşısına hələ konkret hədəf qoyulmadığını bildirib:

     “Komanda şəklində iclas olmadığından, qarşıya qoyulan hədəfin nə olduğu deyilməyib. Hələlik yalnız taktiki plan üzərində işləyirik. Yəqin ki, ümumi toplantı ilk oyun ərəfəsində olacaq. Amma milli üzvləri olaraq hər matça qələbə üçün çıxmalıyıq. İstəyimiz bütün görüşlərdə qalib gəlməklə qrup birincisi kimi final mərhələsinə vəsiqə qazanmaqdır”.

    R.Hüseynli artıq futzalda mübarizənin çətinləşdiyini, hər bir komandanın sona qədər mübarizə apardığını söyləyib: 

    “İki gündür tam kollektiv şəkildə ümumi hazırlığa başlamışıq. Hazırlıqlarımız əsasən taktiki plan üzərində keçirilir. Bu gecə Rumıniyaya yola düşəcəyik. Orada da rəqibi təhlil etməyə, onlara qarşı hazırlaşmağa vaxtımız olacaq. Futzal bütün dünyada inkişaf edib, artıq zəif komanda anlayışı qalmayıb. Əvvəllər bəzi hegemonlar var idisə, artıq konkret favorit yoxdur. Üstəlik, indi oyunlar ev-səfər prinsipi ilə keçirilir. Bu da o deməkdir ki, meydan sahibi olan komandanın şansları daha çoxdur. Hakim final fitini səsləndirənə qədər bütün qarşılaşmalarda şanslar 50/50-yədir”.

    Təcrübəli qapıçı yer aldıqları A qrupundakı rəqiblər barədə də fikir bildirib: 

    “Rumıniya fərqli oyun üslubuna malik komandadır. Niderland son Avropa çempionatını öz ölkəsində təşkil edib. Onlar da müəyyən təcrübəyə malikdirlər. Qazaxıstan millisi illərdir yüksək yerlər uğrunda “vuruşur”. Ancaq baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirsək, qrupda yaxşı nəticə qazana bilərik”.

    Qeyd edək ki, sentyabrın 15-də Rumıniyanın qonağı olacaq Azərbaycan millisi beş gün sonra Bakıda Niderland yığmasını qəbul edəcək.

    Futbol

    Millimiz seçmə mərhələdə mübarizəyə başlayır

    16.10.2026 10:23:07
    Futzal

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42
    Futbol

    Millimizin oyunu ingiltərəli hakimə tapşırıldı

    14.10.2026 14:45:45
    Futzal

    Millimizə 14 oyunçu çağırıldı - ADLAR

    14.10.2026 12:49:24
    Futbol

    Millimiz Ukrayna, Xorvatiya və Yunanıstanla eyni qrupda

    2.10.2026 21:15:24
    Futbol

    Azərbaycanlı hakim-inspektor Fransa millisinin oyununda

    2.10.2026 11:15:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved