Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Çempionlar Liqası: "Araz-Naxçıvan" mübarizəyə II mərhələdən başlayacaq
    2.07.2026 11:53:09

    "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən başlayacaq.

    Prosport.Az xəbər verir ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub qalib adı uğrunda yarışacaq.

    Onlardan ən aşağı reytinqə sahib olan 32 komanda oyunlara ilkin mərhələdən start verəcək. Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Mini-turnir şəklində keçiriləcək matçların yekununda ancaq qrup qalibləri əsas mərhələyə yüksələcək və B yolunda mübarizəni davam etdirəcək. İlkin mərhələnin oyunları avqustun 25-dən 30-dək keçiriləcək.

    Son qalib "Sportinq" (Portuqaliya) daxil olmaqla 24 iştirakçı əsas mərhələdən Çempionlar Liqasına start verəcək. Reytinq cədvəlinin 21-ci pilləsində yer alan "Araz-Naxçıvan" B yolunda yarışacaq. Reqlamentə görə, reytin cədvəlinin 12-15 və 20-23-cü pillələrində 8 komandaya ilkin mərhələdə qrup qalibi olacaq 8 klub da qoşulacaq. Buradan yalnız bir komanda – qrup qalibi 1/8 finala vəsiqə qazanacaq.

    B yolunda qrup oyunlarına ev sahibliyi edəcək klublar məlumdur. Polşanın "Pyast", Serbiyanın "Lozniça-Qrad 2018", İtaliyanın "Torino" və Lüksemburqun "Differanj" klubları UEFA-ya müraciət edib və müsbət cavab alıblar.

    "Araz-Naxçıvan" 2-ci səbətdə yer alıb. Bu isə o deməkdir ki, təmsilçimiz "L84 Torino", "Differanj" və "Atletik" (Ukrayna) ilə rəqib ola bilməyəcək. Belədə komandamızın yer aldığı qrupun oyunları Polşa və ya Serbiyada təşkil olunacaq. Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək.

    UEFA Çempionlar Liqası

    B yolu

    6-cı səbət, ev sahibi komandalar

    "Pyast" (qrupunun birincisi)

    "Lozniça-Qrad 2018" (qrupunun birincisi)

    "L84 Torino" (qrupunun ikincisi)

    "Differdange 03" (qrupunun ikincisi)

    7-ci səbət, qrupunun birinciləri

    "Kaunas Jalqiris" (Litva)

    "Luxol St. Andreus" (Malta)

    8-ci səbət, qrupunun ikinciləri

    "Araz-Naxçıvan" (Azərbaycan)

    "Atletik" (Ukrayna)

    9-cü səbət qruplarının üçüncü və dördüncüləri

    İlkin mərhələ, A qrupunun qalibi

    İlkin mərhələ, B qrupunun qalibi

    İlkin mərhələ, C qrupunun qalibi

    İlkin mərhələ, D qrupunun qalibi

    İlkin mərhələ, E qrupunun qalibi

    İlkin mərhələ, F qrupunun qalibi

    İlkin mərhələ, G qrupunun qalibi

    İlkin mərhələ, H qrupunun qalibi

    Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Ermənistan – Azərbaycan, Kosovo – Bosniya və Herseqovina, Kosovo – Serbiya, Ukrayna – Belarus təmsilçiləri bir-biri ilə qarşılaşa bilməz.

    Futzal

    Millimizin oyunu ingiltərəli hakimə tapşırıldı

    14.10.2026 14:45:45
    Futzal

    Millimizə 14 oyunçu çağırıldı - ADLAR

    14.10.2026 12:49:24
    Futbol

    Millimiz Ukrayna, Xorvatiya və Yunanıstanla eyni qrupda

    2.10.2026 21:15:24
    Futzal

    Azərbaycanlı hakim-inspektor Fransa millisinin oyununda

    2.10.2026 11:15:06
    Futbol

    UEFA-dan AFFA rəsmisinə təyinat

    30.09.2026 12:43:33
    Futzal

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47

    Dünya çempionatı: Millimiz Slovakiyaya qarşı

    15.10.2026 10:27:36

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35

    "Neftçi" ilə oyunun ilk hissəsində zəif təsir bağışladıq" - Latviya klubunun baş məşqçisi

    14.10.2026 23:48:34

    "Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq" - "Sabah"ın baş məşqçisi

    14.10.2026 23:17:03

    "Sabah" səfərdə "Trabzonspor"la bacarmadı

    14.10.2026 22:44:55

    "Ötürmələrdə və atışlarda bəsit səhvlərə yol verdik" "Neftçi"nin baş məşqçisi

    14.10.2026 22:13:42

    Elvin Yunuszadənin komandasının oyunu yarımçıq dayandırıldı

    14.10.2026 21:45:10

    Azərbaycan voleybolunun ən böyük uğurundan 15 il ötür

    14.10.2026 21:23:24

    "Neftçi" avrokubokda ikinci oyunu da uduzdu

    14.10.2026 20:49:57

    Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlaşır

    14.10.2026 20:20:53

    "Xorvatiyaya dünya çempionu olmağa gəlmişik" - Millimizin baş məşqçisi

    14.10.2026 19:56:06

    "Qol vurmağıma sevinmərəm" - Umarali Raxmonaliyev

    14.10.2026 19:17:05

    "İmişli"də müvəqqəti baş məşqçi

    14.10.2026 18:47:38
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved