UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək Azərbaycan çempionu "Araz-Naxçıvan"ın ilk 2 oyunu "CBC Sport"la canlı yayımlanacaq.
Prosport.Az xəbər verir ki, təmsilçimiz avqustun 23-də Türkiyə çempionu "İstanbul Şişli", ertəsi gün isə Almaniyanın "Yan Reqensburq" klubu ilə qarşılaşacaq.
Hər 2 oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
