Yeni mövsümdə ilk sınağını futzal üzrə UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, ölkə çempionu Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb. Söhbət 34 yaşlı Dilşad Rəhmətovdan gedir. Son klubu “Jizzax-kenteks” olan müdafiəçi icarə əsasında Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilu, serb Ninoslav Aleksiç, özbək Hüsniddin Nişanov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.
