Futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Albaniyanın “Tirana Futzal”, Bosniya və Herseqovinanın “Radnik”, Uelsin “Cefn” və Şimali İrlandiyanın “Sparta” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 26-dək Albaniyada təşkil olunacaq.
